9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan intihar məktubunu dərc etdi

ABŞ hakimi çərşənbə günü cinsi təcavüzdə təqsirli bilinən Ceffri Epşteynin Nyu-York həbsxanasındakı ölümündən bir neçə həftə əvvəl yazdığı ehtimal edilən intihar məktubunu dərc edib.

7 May 2026 07:57
ABŞ məhkəməsi Epşteynin ehtimal olunan intihar məktubunu dərc etdi

BAKI,VOA

ABŞ hakimi çərşənbə günü cinsi təcavüzdə təqsirli bilinən Ceffri Epşteynin Nyu-York həbsxanasındakı ölümündən bir neçə həftə əvvəl yazdığı ehtimal edilən intihar məktubunu dərc edib.
VOA-nın məlumatına görə, Epşteynlə eyni kamerada qalan məhbus bildirib ki, məktubu 2019-cu ilin avqustunda baş verən ölüm hadisəsindən bir neçə həftə əvvəl, Epşteynin uğursuz intihar cəhdindən sonra bir kitabın içində tapıb. Xətli kağız üzərində yazılmış məktubun mətnində deyilir: "Məni aylarla istintaqa çəkdilər və heç nə tapmadılar!!! Vida üçün doğru zamanı seçə bilmək əsl xoşbəxtlikdir". Məktub belə davam edirdi: "Məndən nə etməyimi istəyirsiniz? Ağlamağa başlayımmı?! Bunda heç bir ləzzət yoxdur. Buna dəyməz".

Məktub Epşteynin kamera yoldaşına qarşı aparılan cinayət işinin bir hissəsi kimi illərlə qapalı qalıb, lakin Cənub Nyu-York məhkəməsinin hakimi Kennet Karas "The New York Times" qəzetinin sorğusundan sonra sənədi açıqlayıb. Sənədin həqiqiliyi hələ tam təsdiqlənməsə də, onun üzə çıxması geniş nüfuza malik maliyyəçinin hökm gözlədiyi müddətdə baş verən ölümü ilə bağlı sualların davam etdiyi bir vaxta təsadüf edir.
Onun ölümü intihar kimi qiymətləndirilsə də, həbsxanadakı çoxsaylı təhlükəsizlik boşluqları və müşahidə kameralarının görüntülərinin yoxa çıxması rəsmi versiyaya dair şübhələr yaradıb.

Epşteyn 2019-cu ilin iyul ayının sonlarında kamerasında yaralı vəziyyətdə tapılmışdı və rəsmilər bunu uğursuz intihar cəhdi kimi xarakterizə etmişdilər. İddia olunur ki, məktub bu hadisədən əvvəl yazılaraq bir qrafik romanın (komiksin) içinə qoyulub.
Maliyyəçinin həyatı ilə bağlı aparılan geniş araşdırmalara dair sənədlərin son aylarda üzə çıxmasından sonra, Epstin işi hələ də ABŞ və Britaniya siyasətçiləri arasında mübahisə mövzusu olmağa davam edir.

Məqalədə: #Ceffri Epşteyn #Epşteyn–Modi əlaqələri: ABŞ sənədləri yeni detalları açıqladı #Epşteyn Hindistan siyasətinə müdaxilə edib – Konqres araşdırması #Modi ilə görüş təşəbbüsü: Epşteynin gizli diplomatiyası üzə çıxdı #ABŞ Ədliyyəsi: Epşteyn sənədləri hələ hazır deyil #Bir milyon yeni sənəd: Epşteyn qalmaqalı böyüyür #Epşteyn faylları 2026 seçkiləri ərəfəsində risk yaradır #Epşteyn faylları #Çomski ilə Epşteyn arasında əlaqələr nəyi göstərir? #Epşteyn işi fonunda Noam Çomskinin adı niyə müzakirə olunur? #Noam Çomski–Epşteyn görüşləri: etik müzakirə və intellektual məsuliyyət #Epşteyn məktubu #Epşteyn son məktubu

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.