4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriyadan geri qaytarılan Avstraliyalı qadınlara qarşı terror ittihamı irəli sürülür

Suriyadakı düşərgələrdən Avstraliyaya qaytarılan və İŞİD terror təşkilatı ilə əlaqəli olduqları bildirilən bir qrup qadın ölkəyə daxil olduqdan sonra həbs təhlükəsi ilə üz-üzədir. Dörd qadın və doqquz uşaq bu gün axşam saatlarında Avstraliyanın Sidney və Melburn şəhərlərinə çatacaq. Onların Suriyadakı qaçqın düşərgələrindən Qətərin paytaxtı Doha üzərindən təxliyə edildiyi bildirilib.

7 May 2026 11:36
Suriyadan geri qaytarılan Avstraliyalı qadınlara qarşı terror ittihamı irəli sürülür

BAKI,VOA Orxan Qədirzadə

Suriyadakı düşərgələrdən Avstraliyaya qaytarılan və İŞİD terror təşkilatı ilə əlaqəli olduqları bildirilən bir qrup qadın ölkəyə daxil olduqdan sonra həbs təhlükəsi ilə üz-üzədir.

VOA xəbər verir ki, dörd qadın və doqquz uşaq bu gün axşam saatlarında Avstraliyanın Sidney və Melburn şəhərlərinə çatacaq. Onların Suriyadakı qaçqın düşərgələrindən Qətərin paytaxtı Doha üzərindən təxliyə edildiyi bildirilib.

Avstraliya polisi bəzi qadınların “terror cinayətləri”, o cümlədən qadağan olunmuş bölgəyə səfər etmək və “kölə alverində iştirak” kimi ittihamlarla məsuliyyətə cəlb olunacağını açıqlayıb.

Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lanyon əməliyyat səbəblərinə görə konkret ad açıqlamadığını, lakin federal qurumlarla sıx əməkdaşlıq etdiklərini bildirib.

Qərb ölkələrindən yüzlərlə qadının 2010-cu illərin əvvəllərində İŞİD-in təsiri artığı vaxt Yaxın Şərqə getdiyi, bir çoxunun isə terror təşkilatına qoşulan həyat yoldaşlarını izlədiyi qeyd olunur.

Avstraliya, Kanada və Böyük Britaniya kimi ölkələr hələ də Suriyada qalan vətəndaşlarının geri qaytarılması və hüquqi statusu ilə bağlı çətinliklərlə üzləşir.

“İŞİD gəlinləri” kimi tanınan bu qadınların taleyi Avstraliya cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Avstraliya İnsan Hüquqları Komissiyası mart ayında hökuməti Suriyanın məşhur Roj düşərgəsində qalan 34 qadın və uşağın geri qaytarılmasına yardım etməyə çağırmışdı.

Bununla yanaşı, bəzi siyasi və ictimai dairələr həmin şəxslərin ölkəyə qarşı çıxaraq terror təşkilatına qoşulduqlarını və nəticələrinə özlərinin cavab verməli olduqlarını bildirirlər.

Avstraliyanın daxili işlər naziri Toni Börk isə geri dönən qadınların “təhlükəli terror təşkilatına qoşulmaqla dəhşətli seçim etdiklərini” vurğulayıb.

Qeyd edək ki, bu, Suriyadan Avstraliyaya həyata keçirilən ilk repatriasiya prosesi deyil. Daha əvvəl də 2019, 2022 və 2025-ci illərdə kiçik qadın və uşaq qrupları ölkəyə geri qaytarılmışdı.

Məqalədə: #İŞİD #Suriya münaqişəsi #Terror təşkilatı #Sidney hava limanı #Suriyadakı düşərgələr #Avstraliyaya repatriasiya #Melburn təhlükəsizlik tədbirləri #Roj düşərgəsi #Yaxın Şərq terror qrupları #İŞİD gəlinləri

Mövzu üzrə digər xəbərlər

İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq
İraq

İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

2 Sentyabr 20:43
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48
Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib
Suriya

Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

28 Avqust 07:36
İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib
Fələstin

İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

25 Avqust 19:08

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.