12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyə Avropanın strateji arxitekturasının mərkəzindədir - Belçika XİN

Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maxim Prevot Türkiyənin Avropa üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji və əvəzolunmaz tərəfdaş olduğunu bildirib. Prevot bu fikirləri 10–14 may tarixlərində Kraliça Mathilda rəhbərliyində Belçikadan Türkiyəyə həyata keçiriləcək genişmiqyaslı iqtisadi missiya öncəsi açıqlayıb. O qeyd edib ki, iki ölkə arasında tarixi əməkdaşlıq XIX əsrə dayanır və münasibətlər bu gün daha da dərinləşərək strateji səviyyəyə yüksəlib.

7 May 2026 13:22
Türkiyə Avropanın strateji arxitekturasının mərkəzindədir - Belçika XİN

BAKI,VOA, Fərid Mikayılov

Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maksim Prevo Türkiyənin Avropa üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji və əvəzolunmaz tərəfdaş olduğunu bildirib.

VOA xəbər verir ki, o, Türkiyənin iştirakı olmadan Avropanın təhlükəsizlik sisteminin müzakirəsinin mümkün olmadığını vurğulayıb.

Prevo bu fikirləri 10–14 may tarixlərində Kraliça Mathilda rəhbərliyində Belçikadan Türkiyəyə həyata keçiriləcək genişmiqyaslı iqtisadi missiya öncəsi açıqlayıb. O qeyd edib ki, iki ölkə arasında tarixi əməkdaşlıq XIX əsrə dayanır və münasibətlər bu gün daha da dərinləşərək strateji səviyyəyə yüksəlib.

Nazirin sözlərinə görə, missiya çərçivəsində 200 şirkət və 400-dən çox nümayəndə Türkiyəyə səfər edəcək. Səfərdə hökumət rəsmiləri, universitet rəhbərləri, ticarət palataları və müxtəlif federasiyalar da iştirak edəcək.

Prevo bildirib ki, sosial təminat, nəqliyyat, liman idarəçiliyi, logistika, aviasiya və müdafiə kimi sahələrdə təxminən 40 əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

O həmçinin qeyd edib ki, Türkiyə son üç ildə Belçikanın Avropa İttifaqı xaricində beşinci ən böyük ixrac bazarıdır və bu, iqtisadi əlaqələrin əhəmiyyətini göstərir.

“Türkiyə bu gün hər zamankından daha strateji aktordur. Tədarük zəncirlərindən tutmuş Avropanın qlobal təhlükəsizlik arxitekturasına qədər bir çox məsələlər Türkiyə ilə birlikdə həll olunmalıdır. Türkiyə olmadan Avropanın təhlükəsizlik arxitekturasını təsəvvür etmək mümkün deyil”- deyə o bildirib.

Prevot əlavə edib ki, Türkiyə Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslərdə mühüm diplomatik rol oynayır, eyni zamanda beynəlxalq hüquqa və qaydalara əsaslanan dünya nizamının vacibliyini vurğulayır.

Onun sözlərinə görə, Türkiyə NATO daxilində də xüsusi mövqeyə malikdir və alyansın cənub-şərq cinahının təhlükəsizliyində əsas rol oynayır.

Məqalədə: #Türkiyə #Avropa #Belçika #NATO #Maksim Prevo

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.