5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniyada Çinə casusluq edən şəxslər saxlanılıb

Bildirilib ki, prokurorluq cütlüyün Çin kəşfiyyat qurumları ilə əməkdaşlıq etdiyini və hərbi məqsədlərlə istifadə edilə biləcək qabaqcıl texnologiyalar barədə məlumat toplamağa çalışdığını iddia edir. İstintaq materiallarına əsasən, şübhəlilər Almaniyanın müxtəlif universitet və tədqiqat mərkəzlərində, xüsusilə aerokosmik mühəndislik, kompüter elmləri və süni intellekt sahəsində çalışan alimlərlə əlaqələr qurublar.

20 May 2026 16:41
Almaniyada Çinə casusluq edən şəxslər saxlanılıb

BAKI,VOA, Fərid Mikayılov

Almaniyada Çin adına casusluq fəaliyyətində şübhəli bilinən evli cütlük saxlanılıb.

VOA xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanları ölkə vətəndaşları olan və adları qismən Xuejun C. və Hua S. kimi təqdim edilən şəxsləri Münhen şəhərində həbs edib.

Bildirilib ki, prokurorluq cütlüyün Çin kəşfiyyat qurumları ilə əməkdaşlıq etdiyini və hərbi məqsədlərlə istifadə edilə biləcək qabaqcıl texnologiyalar barədə məlumat toplamağa çalışdığını iddia edir.

İstintaq materiallarına əsasən, şübhəlilər Almaniyanın müxtəlif universitet və tədqiqat mərkəzlərində, xüsusilə aerokosmik mühəndislik, kompüter elmləri və süni intellekt sahəsində çalışan alimlərlə əlaqələr qurublar.

Qeyd olunub ki, onlar bəzi hallarda tərcüməçi və ya avtomobil şirkətinin əməkdaşı kimi təqdim olunaraq əlaqələr yaradıblar. İddialara görə, bir sıra alimlər mülki auditoriya qarşısında ödənişli mühazirələr keçirmək adı ilə Çinə dəvət edilsə də, sonradan dövlətə məxsus silah istehsalı müəssisələrinin əməkdaşları qarşısında çıxış ediblər.

Bundan əlavə, prokurorluq ölkənin müxtəlif şəhərlərində, o cümlədən Berlin və Münhendə ümumilikdə 10 nəfərlə bağlı əlavə araşdırma tədbirlərinin həyata keçirildiyini açıqlayıb. Həmin şəxslərin şübhəli deyil, potensial şahid qismində araşdırmaya cəlb olunduğu bildirilib.

Məqalədə: #Almaniya #Çin #Münhen #Berlin #casusluq fəaliyyəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31

Son Xəbərlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
18:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.