11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan İran danışıqlarında vasitəçi rolunu gücləndirir

ABŞ və İran arasında aparılan təmaslarda müəyyən irəliləyiş siqnalları fonunda Pakistanın diplomatik fəallığı diqqət çəkir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin Tehrandakı görüşləri, feldmarşal Asim Munirin mümkün İran səfəri və Baş nazir Şahbaz Şərifin Çinə planlaşdırılan səfəri İslamabadın regionda vasitəçi rolunu gücləndirdiyini göstərir. Tehrandakı siyasi dairələr hesab edir ki, feldmarşalın səfəri baş tutarsa, bu, danışıqlarda ciddi irəliləyişin ən güclü siqnallarından biri ola bilər.

22 May 2026 19:58
Pakistan İran danışıqlarında vasitəçi rolunu gücləndirir

BAKI,VOA,Yusif Şərifzadə

ABŞ ilə İran arasında aparılan təmaslar ətrafında diplomatik fəallıq artmaqdadır. Pakistanın prosesdə fəal vasitəçi rolu oynadığı barədə yeni məlumatlar ortaya çıxıb.

VOA xəbər verir ki, Tehrandakı rəsmilər Vaşinqton və Tehran arasında müəyyən irəliləyişin əldə olunduğunu bildirsələr də, tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını vurğulayırlar. Məlumata görə, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində Pakistan son günlər intensiv diplomatik təmaslar həyata keçirir.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi artıq üçüncü gündür Tehranda səfərdədir. O, İran Prezidenti və ölkənin xarici siyasət rəhbərliyi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib. Müzakirələrin əsas istiqamətlərindən birinin ABŞ və İran arasında mümkün anlaşma mexanizmləri olduğu bildirilir.

Məlumatlara əsasən, tərəflər ən azı əsas prinsipləri özündə əks etdirən ilkin çərçivə sənədinin hazırlanmasına çalışırlar. Bu sənədin sonrakı mərhələdə İslamabad vasitəsilə ABŞ tərəfinə təqdim edilə biləcəyi qeyd olunur.

Tehrandakı siyasi dairələrdə Pakistan feldmarşalı Asim Munirin mümkün İran səfəri də diqqətlə izlənilir. Qiymətləndirmələrə görə, əgər bu səfər baş tutarsa, bu, danışıqlar prosesində əhəmiyyətli irəliləyişin ən mühüm siyasi siqnallarından biri kimi qiymətləndirilə bilər.

Eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şərifin yaxın günlərdə Çinə səfəri nəzərdə tutulur. Tehrandakı siyasi müşahidəçilər hesab edirlər ki, səfər çərçivəsində İranın müəyyən mesajlarının Pekinə çatdırılması da gündəmdə ola bilər.

Bütün bunlar Pakistanın hazırda ABŞ, İran, Çin və region ölkələri arasında mürəkkəb diplomatik balans siyasəti həyata keçirdiyini göstərir. İslamabadın oynadığı vasitəçi rolunun regional geosiyasi proseslərə təsiri isə yaxın dövrdə daha aydın görünə bilər.

Məqalədə: #Şahbaz Şərif #Asim Munir #Regional diplomatiya #İran ABŞ danışıqları #Pakistan diplomatiyası #Çin İran əlaqələri #Möhsin Nəqvi #Tehran görüşləri #Vasitəçilik siyasəti #Geosiyasi proseslər

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.