6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukrayna İsveçdən yeni nəsil “Gripen” qırıcıları almağı planlaşdırır

Ukrayna İsveç istehsalı olan yeni nəsil “Gripen” qırıcı təyyarələrindən 20-yə qədər almağı planlaşdırır. Bununla yanaşı, İsveç Kiyevə əvvəlki modifikasiyaya aid daha 16 döyüş təyyarəsi təqdim edəcək.

29 May 2026 15:48
Ukrayna İsveçdən yeni nəsil “Gripen” qırıcıları almağı planlaşdırır

BAKI,VOA Orxan Qədirzadə

Ukrayna İsveç istehsalı olan yeni nəsil “Gripen” qırıcı təyyarələrindən 20-yə qədər almağı planlaşdırır. Bununla yanaşı, İsveç Kiyevə əvvəlki modifikasiyaya aid daha 16 döyüş təyyarəsi təqdim edəcək.

Məlumat tərəflərin Ukrayna Prezidenti Volodimir Zelenskinin İsveçə səfəri zamanı verdikləri açıqlamalarda yer alıb.

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, Ukraynaya veriləcək 16 qırıcı təyyarənin çatdırılmasına 2027-ci ilin əvvəlində başlanacaq.

Onun sözlərinə görə, Kiyev yeni nəsil “Gripen E” təyyarələrinin alınması ilə bağlı yekun razılaşmanı yaxın vaxtlarda imzalamağa ümid edir. Təyyarələrin tədarükünün isə 2030-cu ildən başlaması nəzərdə tutulur.

İsveç hökuməti açıqlayıb ki, Ukrayna qırıcıların maliyyələşdirilməsi üçün Avropa İttifaqı kreditindən 2,5 milyard avro ayırmağı planlaşdırır.

Bundan əvvəl Kiyev və Stokholm arasında 100–150 ədəd “Gripen E” qırıcısının alınmasına dair niyyət memorandumu imzalanmışdı.

Volodimir Zelenski bildirib ki, Ukrayna bütün 150 təyyarənin alınması üçün maliyyə mənbələri tapmağa çalışır.

O vurğulayıb ki, yeni qırıcıların tədarükü Ukraynanın hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirməlidir.

2024-cü ildə İsveç Ukraynaya “Gripen” qırıcılarının verilməsi planlarını müvəqqəti dayandırmışdı. Buna səbəb tərəfdaş ölkələrin diqqətin ABŞ istehsalı olan F-16 Fighting Falcon qırıcılarının çatdırılmasına yönəldilməsi ilə bağlı müraciətləri olmuşdu.

Məqalədə: #Ukrayna #F-16 #Kiyev #aviasiya #hərbi modernizasiya #Hava Müdafiəsi #Gripen təyyarələri #Şvetsiya #Avropa İttifaqı krediti #Təyyarə tədarükü #Ticarət müqaviləsi #Yeni nəsil döyüş təyyarəsi #Müdafiə sistemi

Mövzu üzrə digər xəbərlər

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16
Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var
Digər Dövlətlər

Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

28 Avqust 15:09
Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib
Digər Dövlətlər

Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

28 Avqust 11:18

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.