4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kubada dəhşətli böhran: Nə işıq var, nə su, nə də dərman

ABŞ-ın tətbiq etdiyi iqtisadi blokada və Kuba dövləti ilə əməkdaşlıq edən şirkətləri hədəf alan genişləndirilmiş sanksiyalar adadakı iqtisadi və enerji böhranını son həddə çatdırıb. Bu barədə rəsmi bəyanat yayan Kuba hökuməti, ABŞ-ın ölkəyə yönəlmiş neft blokadasının Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardım paylanması fəaliyyətini tamamilə iflic etdiyini bildirib.

11 İyun 2026 10:36
Kubada dəhşətli böhran: Nə işıq var, nə su, nə də dərman

BAKI,VOA, Fərid Mikayılov

ABŞ-ın tətbiq etdiyi iqtisadi blokada və Kuba dövləti ilə əməkdaşlıq edən şirkətləri hədəf alan genişləndirilmiş sanksiyalar adadakı iqtisadi və enerji böhranını son həddə çatdırıb. Bu barədə rəsmi bəyanat yayan Kuba hökuməti, ABŞ-ın ölkəyə yönəlmiş neft blokadasının Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardım paylanması fəaliyyətini tamamilə iflic etdiyini bildirib.

VOA xəbər verir ki, kəskin yanacaq çatışmazlığı ucbatından BMT-yə məxsus 170 konteyner təcili insani yardım ehtiyac sahiblərinə çatdırıla bilmir.

Kuba Xarici İşlər Naziri Bruno Rodriqes "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda yanacaq qıtlığı səbəbindən yolda qalan yardımların ümumi dəyərinin 6,3 milyon dollar olduğunu açıqlayıb.

Ağ Ev rəhbəri Donald Tramp administrasiyası cari ilin yanvar ayında Kubanın ən böyük neft tədarükçüsü olan Venesueladan gələn bütün daşımaları qanunsuz elan edərək dayandırıb və adaya neft gətirən digər ölkələri də ağır sanksiyalarla təhdid edib. Bu aqressiv embarqo müddətində Kubaya yalnız Rusiyadan gələn bir neft tankerinin daxil ola bildiyi qeyd edilir. Hazırda paytaxt Havananın bir çox bölgələrində 30 saata çatan elektrik kəsintiləri yaşanır; qida, içməli su və dərman tapmaq getdikcə qeyri-mümkün hala gəlir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ABŞ sanksiyalarının "dərhal dayandırılması" çağırışını edərək vəziyyətin dözülməz olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp isə Florida sahillərindən cəmi 150 kilometr məsafədə yerləşən Kubanın ABŞ-ın milli təhlükəsizliyinə böyük geosiyasi təhdid yaratdığını iddia edir. Tramp 9,6 milyon əhalisi olan ada dövlətindəki mövcud böhranı fürsət bilərək, rəsmi Vaşinqtonun Kuba üzərində “dostyana bir ələ keçirmə” ehtimalını belə gündəmə gətirib.

Məqalədə: #BMT #ABŞ #Donald Tramp #Kuba #Vaşinqton #ABŞ-ın Kubaya təzyiqləri #Havana

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.