11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nepalın Baş naziri Balendra Şah hakimiyyətdə ilk 100 gününü islahatlar və mübahisələrlə başa vurub

Nepalın 36 yaşlı Baş naziri Balendra Şah hakimiyyətə gəlməsinin ilk 100 gününü geridə qoyub. Genişmiqyaslı islahatlar və korrupsiyaya qarşı mübarizə vədləri ilə vəzifəyə başlayan keçmiş reper və Katmandu şəhərinin sabiq meri qısa müddətdə ölkənin siyasi gündəmini dəyişdirən addımlar atsa da, ictimaiyyət qarşısında məhdud çıxışları ilə diqqət çəkməyə davam edir.

5 İyul 2026 15:48
Nepalın Baş naziri Balendra Şah hakimiyyətdə ilk 100 gününü islahatlar və mübahisələrlə başa vurub

BAKI,VOA Orxan Qədirzadə

Nepalın 36 yaşlı Baş naziri Balendra Şah hakimiyyətə gəlməsinin ilk 100 gününü geridə qoyub. Genişmiqyaslı islahatlar və korrupsiyaya qarşı mübarizə vədləri ilə vəzifəyə başlayan keçmiş reper və Katmandu şəhərinin sabiq meri qısa müddətdə ölkənin siyasi gündəmini dəyişdirən addımlar atsa da, ictimaiyyət qarşısında məhdud çıxışları ilə diqqət çəkməyə davam edir.

"Balen" kimi tanınan Balendra Şah martın 27-də baş nazir vəzifəsinin icrasına başladıqdan cəmi bir gün sonra 2025-ci ilin sentyabrında baş vermiş və əvvəlki hökumətin devrilməsi ilə nəticələnən etiraz hadisələrini araşdıran komissiyanın tövsiyəsi əsasında keçmiş Baş nazir KP Şarma Oli və onun sabiq daxili işlər nazirinin saxlanılmasına göstəriş verilib.

Hər iki şəxs sonradan ittiham irəli sürülmədən azad edilib və araşdırmalar davam etdirilir.

Siyasi müşahidəçilərin fikrincə, bu addım yeni hökumətin fəaliyyət üslubunu nümayiş etdirib. Onların qənaətinə görə, hökumət sürətli və simvolik qərarlar qəbul etsə də, bəzi hallarda hüquqi mübahisələrə səbəb olan və institusional prosedurları tam gözləmədən həyata keçirilən addımlar atır.

Balendra Şah vəzifəyə gəldikdən sonra əvvəlki baş nazirlərdən fərqli olaraq ictimai tədbirlərdə az görünür. O, əsasən sosial şəbəkələr vasitəsilə vətəndaşlarla əlaqə saxlayır və seçkidə qələbə çıxışını da rep mahnısı formasında təqdim edib.

Baş nazir ənənəvi olaraq Nepal hökumət başçılarının ilk xarici səfərlərini etdikləri Hindistan və Çinə getməyib, həmin səfərləri xarici işlər nazirinə həvalə edib. O, həmçinin xarici ölkələrin diplomatik nümayəndələri ilə görüşlərdən də əsasən yayınır.

Ekspertlər bildirir ki, ölkə üç ay ərzində baş nazir seçdiyi şəxs haqqında hələ də kifayət qədər məlumata malik deyil və onun ictimaiyyət üçün daha açıq olması vacibdir.

Balendra Şahın rəhbərlik etdiyi hökumət idarəetmə, korrupsiyaya qarşı mübarizə, dövlət xidmətlərinin təkmilləşdirilməsi və rəqəmsallaşmanı əhatə edən 100 maddədən ibarət islahat proqramı hazırlayıb. Rəsmi məlumata görə, proqramda nəzərdə tutulan tədbirlərin təxminən 70-i artıq həyata keçirilib, qalan istiqamətlər üzrə isə işlər davam etdirilir.

Baş nazir iyun ayında hakim Milli Müstəqil Partiyanın toplantısında etdiyi nadir çıxışlardan birində hökumətin dəyişikliklər yolunda "sürətli magistral" üzrə irəlilədiyini bildirib.

Onun sözlərinə görə, məqsədə çatana qədər bu proses dayandırılmayacaq.

Hökumət eyni zamanda infrastrukturun inkişafı, texnologiya, səhiyyə və təhsil sahələrini prioritet hesab edən 2,1 trilyon Nepal rupisi, təxminən 13,8 milyard ABŞ dolları həcmində dövlət büdcəsi layihəsini təqdim edib. Maliyyə naziri Svarnim Vaqle büdcəni təqdim edərkən ölkənin hərtərəfli iqtisadi islahatların həlledici mərhələsində olduğunu bildirib.

Balendra Şahın sürətli idarəetmə modeli cəmiyyətdə fərqli reaksiyalar doğurub. Bəzi ekspertlər hökumətin ilk gündən aktiv fəaliyyət göstərdiyini və nəticəyönümlü siyasət həyata keçirdiyini bildirirlər.

Digər tərəfdən, müxalifətdə olan Nepal Kommunist Partiyası (CPN-UML) hökumətin ilk 100 günlük fəaliyyətini zəif, yetkin olmayan və mübahisəli kimi qiymətləndirib.

Tənqidlərdən biri də hökumətin parlamentdə çoxluğa malik olmasına baxmayaraq, islahatların bir hissəsini qanunvericilik prosesindən deyil, fərmanlar vasitəsilə həyata keçirməsidir. Siyasi analitiklər bunun hakimiyyət bölgüsü və nəzarət mexanizmlərinə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Siyasi tədqiqatçılar hesab edir ki, hökumət müəyyən işlər görsə də, onların həyata keçirilməsi üsulu ilə bağlı ciddi suallar mövcuddur və cəmiyyət bu prosesi diqqətlə izləməlidir.

Mübahisə doğuran qərarlardan biri də Baş nazirin rəhbərlik etdiyi Konstitusiya Şurasına sadə səs çoxluğu ilə, o cümlədən məhkəmə təyinatları üzrə qərarlar qəbul etmək səlahiyyəti verən fərmandır.

Bundan əlavə, konstitusiyaya dəyişikliklər və Nepalın federal idarəetmə sisteminin yenidən qurulması ilə bağlı müzakirələr siyasi dairələrdə narazılıq yaradıb.

Qeyri-rəsmi yaşayış məntəqələrinin ləğvi istiqamətində atılan addımlar da geniş tənqid olunub.

Müşahidəçilərin fikrincə, hökumətin ilk 100 günü adətən ictimai dəstəyin ən yüksək olduğu dövr hesab edilir və bundan sonrakı mərhələdə həm siyasi qüvvələr, həm də cəmiyyət tərəfindən tənqidlərin artacağı istisna edilmir.

Məqalədə: #Siyasi islahatlar #Nepal Baş naziri Balendra Şah #İlk 100 gün #Nepalda ilk 100 gün #Korrupsiyaya qarşı mübarizə #Katmandu sabiq meri #Reper keçmişi #Etiraz hadisələri 2025 #KP Şarma Oli #Daxili işlər naziri

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.