14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın Vaşinqtonda tikdirmək istədiyi nəhəng tağ layihəsi yenidən federal qiymətləndirməyə çıxarılıb

ABŞ Prezidenti Donald Trampın ölkə paytaxtı Vaşinqtonun siluetini dəyişdirəcəyi bildirilən nəhəng tağ tikintisi layihəsi növbəti dəfə federal qurumun müzakirəsinə çıxarılıb. Layihəyə baxan mütəxəssislər ilkin razılıq verilməsini məqsədəuyğun hesab etsələr də, yekun təsdiqdən əvvəl layihədə bir sıra dəyişikliklərin edilməsini tövsiyə ediblər.

9 İyul 2026 11:39
Trampın Vaşinqtonda tikdirmək istədiyi nəhəng tağ layihəsi yenidən federal qiymətləndirməyə çıxarılıb

BAKI,VOA Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trampın ölkə paytaxtı Vaşinqtonun siluetini dəyişdirəcəyi bildirilən nəhəng tağ tikintisi layihəsi növbəti dəfə federal qurumun müzakirəsinə çıxarılıb. Layihəyə baxan mütəxəssislər ilkin razılıq verilməsini məqsədəuyğun hesab etsələr də, yekun təsdiqdən əvvəl layihədə bir sıra dəyişikliklərin edilməsini tövsiyə ediblər.

ABŞ Milli Paytaxt Planlaşdırma Komissiyasının iclasında gündəliyin əsas məsələlərindən biri Trampın təklif etdiyi 76 metr hündürlüyündə tağ layihəsidir.

Komissiyanın 185 səhifəlik hesabatında layihənin yerləşmə yeri və ilkin memarlıq planlarının təsdiqlənməsi tövsiyə olunur. Bununla yanaşı, sənəddə layihənin Vaşinqton şəhərinin tarixi siluetinin qorunmasını nəzərdə tutan federal qanunun tələblərinə uyğunlaşdırılması üçün yenidən işlənməsinin vacibliyi vurğulanır.

Hesabata əsasən, tikilinin əsas konstruksiyası, istifadəyə yararlı dam hissəsi və zirvədə nəzərdə tutulan heykəllərin hündürlüyünün yenidən bölüşdürülməsi tələb olunur. Tövsiyə edilən dəyişikliklər həyata keçirildiyi halda belə, tağın ümumi hündürlüyü Prezident Donald Trampın nəzərdə tutduğu 76 metr səviyyəsində qalacaq.

Komissiyanın əməkdaşları həmçinin layihənin yekun təsdiqindən əvvəl ərazidə avtomobil hərəkətinin təşkili, tikintidə istifadə olunacaq qranit üzlük materialı və digər texniki məsələlər barədə əlavə məlumat təqdim edilməsini də tövsiyə ediblər.

Layihəyə əsasən, tağın Vaşinqton şəhəri ilə Virciniya ştatını birləşdirən Memorial körpüsünün Virciniya tərəfində yerləşən nəqliyyat dairəsində inşa edilməsi planlaşdırılır.

May ayında ABŞ Gözəl Sənətlər Komissiyası layihənin memarlıq həllini təsdiqləyib. Milli Paytaxt Planlaşdırma Komissiyası isə iyun ayından etibarən federal torpaq sahəsində həyata keçiriləcək tikinti layihəsinin qiymətləndirilməsinə başlayıb.

Layihənin əleyhdarları bildirirlər ki, belə iri ölçülü tikili Vaşinqtonun tarixi memarlıq görünüşünü pozacaq və Linkoln Memorialı ilə Arlinqton Milli Qəbiristanlığı arasında vətəndaş müharibəsindən sonra ölkənin birliyini simvolizə etmək məqsədilə formalaşdırılmış vizual xətti dəyişdirəcək.

Bununla belə, etirazlar indiyədək layihənin müzakirəsində iştirak edən federal komissiyaların qərarlarına ciddi təsir göstərməyib. Hər iki qurumun tərkibində Donald Trampa yaxın şəxslər yer alır. Prezident Milli Paytaxt Planlaşdırma Komissiyasının rəhbərliyinə Ağ Evin yüksək vəzifəli əməkdaşı Uill Şarfı təyin edib.

Bir qrup müharibə veteranı və tarixçi isə layihənin həyata keçirilməsinin qarşısını almaq məqsədilə Tramp administrasiyasına qarşı federal məhkəmədə iddia qaldırıb. İddiaçılar tikintinin tarixi panoramaya zərər vuracağını bildirirlər.

Layihəyə əsasən, yeni tağın hündürlüyü 30 metr olan Linkoln Memorialından iki dəfədən çox, 169 metr hündürlüyündəki Vaşinqton abidəsinin isə təxminən yarısı qədər olacaq.

Donald Tramp ötən il bildirmişdi ki, tağın tikintisi Ağ Evdə inşa edilməsi planlaşdırılan 400 milyon dollarlıq yeni bal zalı üçün şirkətlərdən, ianəçilərdən və imkanlı şəxslərdən toplanmış yüz milyonlarla dollar vəsaitin istifadə olunmamış hissəsi hesabına maliyyələşdirilə bilər.

Lakin sonradan məlum olub ki, həm Ağ Evdə tikilməsi nəzərdə tutulan bal zalının, həm də yeni tağ layihəsinin maliyyələşdirilməsində dövlət vəsaitindən də istifadə ediləcək. Ağ Ev indiyədək tağın tikintisinin ümumi dəyərini açıqlamayıb.

Məqalədə: #ABŞ Milli Paytaxt Planlaşdırma Komissiyası (NCPC) #ABŞ Gözəl Sənətlər Komissiyası (CFA) #Federal qiymətləndirmə və 185 səhifəlik hesabat #Tarixi siluetin qorunması haqqında federal qanun #Vaşinqton şəhərinin tarixi panoraması

Mövzu üzrə digər xəbərlər

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27

Son Xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
12:55
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
12:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.