10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Braziliya maliyyə naziri Argentina prezidentini "təlxək" adlandırıb

Braziliya xarici işlər naziri Mauro Vieyra Argentina Prezidenti Xavyer Mileynin Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Ali Məhkəmənin hakimi Aleşandre de Moraes barədə səsləndirdiyi fikirləri iki ölkə münasibətlərində "görünməmiş təxribat" kimi qiymətləndirib.

28 İyul 2026 10:07
Braziliya maliyyə naziri Argentina prezidentini "təlxək" adlandırıb

BAKI,VOA Orxan Qədirzadə

Braziliya xarici işlər naziri Mauro Vieyra Argentina Prezidenti Xavyer Mileynin Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Ali Məhkəmənin hakimi Aleşandre de Moraes barədə səsləndirdiyi fikirləri iki ölkə münasibətlərində "görünməmiş təxribat" kimi qiymətləndirib.

Argentina mətbuatına danışan Vieyra bildirib ki, Miley Braziliyaya rəsmi dövlət səfəri üçün deyil, San-Pauloda keçirilən Liberal Partiyanın tədbirində iştirak etmək məqsədilə şəxsi səfər edib.

Nazirin sözlərinə görə, Mileyin çıxışı təkcə Prezident Lula da Silva və məhkəmə hakimiyyətini deyil, həm də Braziliyanın demokratik institutlarını və xalqını hədəf alıb.

"Bu, 200 ildən artıq ikitərəfli münasibətlər tarixində görünməmiş təxribatdır. Onun açıqlamaları ölkəmizin daxili işlərinə müdaxilə xarakteri daşıyır və demokratik təsisatlarımızı təhqir edir", – deyə Vieyra vurğulayıb.

Nazir əlavə edib ki, Mileyin bəyanatları iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərib.

"Prezident Lula da Silvanın da dediyi kimi, heç kim yalanlarla Braziliyanı məğlub edə bilməz", – deyə o bildirib.

Braziliyanın maliyyə naziri Dario Duriqan da Mileyi sərt tənqid edib. O, Argentina iqtisadiyyatının ağır vəziyyətdə olduğunu deyərək Mileyi "təlxək" adlandırıb.

Nazirin sözlərinə görə, Argentina ölkə riski, dövlət borcu və inflyasiya baxımından ciddi problemlərlə üzləşdiyi halda, Miley diqqəti daxili problemlərdən yayındırmağa çalışır.

Gərginliyə səbəb nə olub?

Xavyer Miley iyulun 26-da San-Paulodakı Pakaembu stadionunda keçirilən Liberal Partiyanın qurultayında çıxış edərək Braziliyanın sabiq Prezidenti Jair Bolsonaroya dəstəyini ifadə edib.

O, Bolsonaro barəsində çıxarılan ev dustaqlığı qərarını "qanunsuz" adlandırıb və Prezident Lula da Silva ilə hakim Aleşandre de Moraesi sərt tənqid edib.

Miley bildirib ki, Lula həbsdə olduğu dövrdə xarici liderləri qəbul edə bildiyi halda, Braziliya məhkəməsi onun ev dustaqlığında saxlanılan Bolsonaro ilə görüşməsinə icazə verməyib.

Bu açıqlamalardan sonra Braziliya hökuməti Buenos-Ayresdəki səfirini məsləhətləşmələr üçün geri çağıraraq diplomatik etirazını ifadə edib.

Məqalədə: #diplomatik böhran #Xavyer Miley #Braziliya Argentina münasibətləri #Luiz İnasio Lula da Silva #Mauro Vieyra #Braziliya Xarici İşlər Nazirliyi #Jair Bolsonaro #Aleşandre de Moraes #Braziliya siyasəti #Argentina Braziliya gərginliyi

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

19:35

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.