“Mileyinin təhqirləri” Braziliya-Argentina münasibətlərində görünməmiş böhran yaradıb
Braziliya Argentina prezidenti Xavyer Mileyinin braziliyalı həmkarı Luiz İnasio Lula da Silvaya qarşı sərt ifadələrindən sonra Buenos-Ayresdəki diplomatik nümayəndəliyinin səviyyəsini aşağı salıb. Braziliya Argentinaya bildirib ki, bundan sonra diplomatik əlaqələr səfir səviyyəsində deyil, müvəqqəti işlər vəkili səviyyəsində idarə olunacaq.
Braziliya maliyyə naziri Argentina prezidentini "təlxək" adlandırıb
Braziliya xarici işlər naziri Mauro Vieyra Argentina Prezidenti Xavyer Mileynin Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Ali Məhkəmənin hakimi Aleşandre de Moraes barədə səsləndirdiyi fikirləri iki ölkə münasibətlərində "görünməmiş təxribat" kimi qiymətləndirib.
Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib
Boliviyanın yeni seçilmiş Prezidenti Rodriqo Pas dövlət başçısı kimi and içib.