12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi

BMT Təhlükəsizlik Şurasında təşkilatın yeni baş katibinin müəyyənləşdirilməsi prosesində ikinci mərhələ qeyri-rəsmi səsvermə keçirilib. Səsvermə BMT-də dərin fikir ayrılıqlarının davam etdiyi bir dövrdə təşkil olunub. Hazırkı baş katib Antonio Quterreşin ikinci və son beşillik mandatı 31 dekabr 2026-cı ildə başa çatacaq. Onu əvəz etmək üçün yarışda üç kişi və beş qadın olmaqla səkkiz namizəd iştirak edir.

21 Avqust 2026 12:15
BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi

BAKI,VOA Orxan Qədirzadə

BMT Təhlükəsizlik Şurasında təşkilatın yeni baş katibinin müəyyənləşdirilməsi prosesində ikinci mərhələ qeyri-rəsmi səsvermə keçirilib. Səsvermə BMT-də dərin fikir ayrılıqlarının davam etdiyi bir dövrdə təşkil olunub.

Hazırkı baş katib Antonio Quterreşin ikinci və son beşillik mandatı 31 dekabr 2026-cı ildə başa çatacaq. Onu əvəz etmək üçün yarışda üç kişi və beş qadın olmaqla səkkiz namizəd iştirak edir.

Təhlükəsizlik Şurasının 15 üzvü hər bir namizədə “dəstəkləyir”, “dəstəkləmir” və ya “mövqeyi yoxdur” variantlarından biri ilə qiymət verir. Səs verən ölkələrin mövqeyi məxfi saxlanılır.

İyulun 30-da keçirilən ilk səsvermədə Kosta-Rikanın keçmiş vitse-prezidenti və BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebekka Qrinspan ən çox dəstək qazanan namizəd olub.

Yarışda Qayananın keçmiş xarici işlər naziri Kerolin Rodriqes-Birkett, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi, Çilinin keçmiş prezidenti Mişel Baçelet, Ekvadorun keçmiş xarici işlər naziri Mariya Fernanda Espinosa və digər namizədlər də iştirak edir.

Yeni baş katibin seçilməsi üçün namizəd əvvəlcə Təhlükəsizlik Şurasının ən azı 9 üzvünün dəstəyini almalı və beş daimi üzvdən heç birinin veto hüququ ilə qarşılaşmamalıdır. Daha sonra namizədin adı BMT Baş Assambleyasının təsdiqinə təqdim edilir.

Baş katib vəzifəsinin coğrafi bölgələr arasında növbəli şəkildə bölüşdürülməsi ənənəsi bu dəfə Latın Amerikası namizədinin şansını artırır. Bununla yanaşı, bir qadının BMT tarixində ilk dəfə baş katib seçilməsi ilə bağlı çağırışlar da güclənir.

Diplomatlar hazırda heç bir namizədin açıq üstünlüyə malik olmadığını bildirirlər. Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyanın mövqeləri isə yarışın nəticəsində həlledici rol oynaya bilər.

Məqalədə: #Antonio Quterreş #BMT Təhlükəsizlik Şurası #Rafael Qrossi #BMT Baş Assambleyası #BMT Baş katibi #BMT seçki prosesi #BMT baş katibi seçkiləri #Rebekka Qrinspan #BMT baş katibi namizədləri #Təhlükəsizlik Şurasında səsvermə #Latın Amerikası namizədi #BMT-də qadın baş katib #BMT veto hüququ #BMT diplomatiyası #BMT-də siyasi fikir ayrılıqları

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.