Quterreşin varisliyi uğrunda yarışda kimlər var?
Qayananın keçmiş xarici işlər naziri Karolin Rodriges Berkett BMT Baş katibi Antonio Quterreşin varisliyinə dair Təhlükəsizlik Şurasında keçirilən ikinci qeyri-rəsmi səsvermədə ilk pilləyə yüksəlib. Rodriges Berkett səkkiz “dəstəkləyici”, üç “əleyhinə” və dörd “mövqesiz” səs alıb. İlk səsvermədə isə onun doqquz dəstəkləyici səsi olmuşdu. Buna baxmayaraq, namizədlər arasında liderliyini qoruyub.
BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi
BMT Təhlükəsizlik Şurasında təşkilatın yeni baş katibinin müəyyənləşdirilməsi prosesində ikinci mərhələ qeyri-rəsmi səsvermə keçirilib. Səsvermə BMT-də dərin fikir ayrılıqlarının davam etdiyi bir dövrdə təşkil olunub. Hazırkı baş katib Antonio Quterreşin ikinci və son beşillik mandatı 31 dekabr 2026-cı ildə başa çatacaq. Onu əvəz etmək üçün yarışda üç kişi və beş qadın olmaqla səkkiz namizəd iştirak edir.