10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Cənubi Koreyada qəzaya uğrayan təyyarədə 179 nəfər ölüb

Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

29 Dekabr 2024 09:34
Cənubi Koreyada qəzaya uğrayan təyyarədə 179 nəfər ölüb

Bakı, AzerVoice

Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

AzerVoice xəbər verir ki, xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.

Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur.

Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Boeing 737-800-ün qurbanlarının sayı 62-dən 85-ə yüksəlib.

AzerVoice-in Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, Banqkokdan uçan təyyarənin göyərtəsində 175 sərnişin (173 Koreya Respublikası və 2 Tailand vətəndaşı), həmçinin 6 ekipaj üzvü olub.

Cənubi Koreyanın Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

AzerVoice-in Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, Banqkokdan uçan təyyarənin göyərtəsində 175 sərnişin (173 Koreya Respublikası və 2 Tailand vətəndaşı), həmçinin 6 ekipaj üzvü olub.

İlkin məlumatlara görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib. Qəza yerində xilasetmə işləri davam etdirilir.

Cənubi Koreyada 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

AzerVoice-in Yonhap-a istinadən verdiyi məlumata görə, təyyarə Muan hava limanında qəzaya uğrayıb. Son məlumata əsasən, qəza nəticəsində 47 nəfər həlak olub. Xilasetmə işləri qəza yerində davam edir.

Təyyarənin göyərtəsində 181 nəfər olduğu bildirilib.

Cənubi Koreyada 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

AzerVoice-in Yonhap-a istinadən verdiyi məlumata görə, təyyarə Muan hava limanında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində 28 nəfər həlak olub. Xilasetmə işləri qəza yerində davam edir.

Təyyarənin göyərtəsində 181 nəfər olduğu bildirilib. Hadisə ilə bağlı əlavə məlumatlar hələ də dəqiqləşdirilmir.

Cənubi Koreyanın Colanam-do əyalətində, Muan hava limanında göyərtəsində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə qəzaya uğrayıb.

AzerVoice "Yonhap" agentliyinə istinadən xəbər verir ki, təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində ən azı 23 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, təyyarə Banqkokdan Cənubi Koreyaya uçuş həyata keçirirdi. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə: #Cənubi Koreya

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.