11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

2024 YR4 asteroidinin təhlükəsi zəifləyir

25 Fevral 2025 14:45
2024 YR4 asteroidinin təhlükəsi zəifləyir

Bakı, AzerVoice

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2032-ci ildə Yerlə toqquşma ehtimalı olan “2024 YR4” asteroidinə dair yeni açıqlama yayıb.

AzerVoice xəbər verir ki , son hesablamalara əsasən, asteroidin Yerlə toqquşma ehtimalı 3,1 faizdən 0,004 faizə düşüb.

Fevralın 19-da NASA-nın rəsmi saytında yayımlanan məlumatda asteroidin gələcək orbitinin daha dəqiq müəyyən edildiyi və Yerlə toqquşma ehtimalının azaldığı bildirilib.

Nəhəng asteroidin Yerlə toqquşma ehtimalı var

NASA-nın açıqlamasına görə, son müşahidələr “2024 YR4”ün gələcək trayektoriyasındakı qeyri-müəyyənliyi daha da azaldıb. Hazırda Yer, asteroidin 2032-ci ildə vura biləcəyi ehtimal olunan yerlər siyahısında daha aşağı mövqedədir.

Bununla yanaşı, asteroidin Aya toqquşma ehtimalının 1,7 faiz olduğu qeyd edilir.

2024 YR4 asteroidi Ay ilə toqquşa bilər

Qeyd edək ki, asteroid ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki Rio Hurtado teleskopu tərəfindən aşkar edilib. İlkin hesablamalara görə, asteroidin Yerlə toqquşma ehtimalı 1,33 faiz idi, daha sonra bu göstərici 2 faizə, daha sonra isə 3,1 faizə qədər yüksəlib.

Son müşahidələr nəticəsində bu ehtimalın 0,004 faizə qədər endiyi təsdiqlənib.

Astronomların hesablamalarına görə, əgər “2024 YR4” Yerə çırpılarsa, böyük miqyaslı qlobal fəlakət yaratmayacaq, lakin təxminən 50 kilometr radiusunda ciddi dağıntılara səbəb ola bilər.

Asteroidin potensial təsir nöqtələri arasında Sakit Okeanın şərqi, Cənubi Amerikanın şimalı, Afrika və Cənubi Asiya bölgələri yer alır.

Məqalədə: #kosmos #astronomiya xəbərləri #2024 YR4 asteroidi

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.