Bakı, AzerVoice
Firefly Aerospace-in "Blue Ghost 1" adlı kosmik aparatı 2 mart tarixində uğurla Aya eniş edib.
AzerVoice-un məlumatına görə, bu aparat, tarixdə Ay enişini uğurla tamamlayan ikinci özəl aparat olub.
Kosmik aparat şərq vaxtı ilə saat 03:34-də Ayın aşağı orbitindən eniş manevrlərinə başlamasından bir saat sonra səthə enib. Şirkət eniş aparatının stabil və dik vəziyyətdə olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl, Intuitive Machines fevral ayında IM-1 aparatını Aya endirmişdi. Lakin aparat sərt eniş etmiş və yan tərəfə yıxılmışdı, buna baxmayaraq, bir həftə ərzində fəaliyyət göstərərək məlumat göndərməyi bacarmışdı.
Firefly Aerospace-in baş icraçı direktoru Ceyson Kimin sözlərinə görə, missiya komandası, eniş aparatının stabil və dik vəziyyətdə olduğunu gördükdən sonra böyük sevinc yaşayıblar.
Firefly Aerospace hazırda iki yeni Ay missiyası üzərində işləyir. Şirkət 2023-cü ildə CLPS (NASA-nın Kommersiya Ay Yük Xidmətləri proqramı) çərçivəsində "Blue Ghost 2" missiyası üçün sifariş alıb. Bu missiya Ayın uzaq tərəfinə eniş edəcək və Avropa Kosmik Agentliyinin "Lunar Pathfinder" peykini Ay orbitinə çıxaracaq.