15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

SpaceX insanlığı Yerin qütb orbitinə çıxarıb

3 Aprel 2025 12:05
SpaceX insanlığı Yerin qütb orbitinə çıxarıb

BAKI, AzerVoice

SpaceX, "Fram2" missiyası çərçivəsində ilk dəfə insanı Yerin qütb orbitinə göndərərək tarixi bir uğura imza atıb

AzerVoice xəbər verir ki, bazar ertəsi SpaceX Crew Dragon Resilience kapsulu ilə dörd astronavtı Yerin ən uzaq nöqtələrinə aparan xüsusi Fram2 missiyasını həyata keçirib.

Şirkət çərşənbə axşamı səhər saatlarında kapsulun qübbəli pəncərəsindən Şimal və Cənub Qütblərinin ağ örtüklü mənzərələrinin göründüyü ilk görüntüləri paylaşıb. SpaceX bu anı “Əjdahadan Yer kürəsinin qütb bölgələrinin ilk şəkilləri” olaraq təqdim edib.

Missiyanın komandiri, kriptovalyuta milyarderi Chun Wang, norveçli kinematoqraf Jannicke Mikkelsen, avstraliyalı qütb tədqiqatçısı Erik Philips və alman robototexnika mütəxəssisi Rabea Rogge Falcon-9 raketi ilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən yerli vaxtla 21:44-də uğurla buraxılıb. Falcon-9-un təkrar istifadə oluna bilən birinci pillə gücləndiricisi isə Atlantik okeanındakı A Shortfall of Gravitas adlı pilotsuz platformaya eniş edib.

Üç-beş gün arası davam edəcək missiya çərçivəsində astronavtlar 422 kilometr hündürlüyə qalxaraq Yerin qütbləri üzərində dövrə vuracaq. Onların Şimal və Cənub Qütb zonalarını daha əvvəl Beynəlxalq Kosmik Stansiyadan (BKS) görünməyən detalları ilə müşahidə edəcəyi bildirilir. Bundan əlavə, komanda kosmosda insan sağlamlığını və fəaliyyətini təkmilləşdirməyə yönəlmiş 22 elmi təcrübə həyata keçirəcək.

Qeyd edək ki, bu missiya SpaceX-in insanlı kosmos uçuşları tarixində yeni bir mərhələ hesab olunur.

Məqalədə: #SpaceX #kosmos #Crew Dragon kapsulu #Beynəlxalq Kosmik Stansiyada (BKS) #Fram2 missiyası

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
15:27
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
15:18
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
15:08
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
15:00
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
14:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.