9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Suni intellekt gəlir ədalətsizliyini artıra bilər - BVF

19 İyun 2024 14:06
Suni intellekt gəlir ədalətsizliyini artıra bilər - BVF

Bakı, VOA

Süni intellektin transformasiyası daha güclü sosial müdafiə proqramlarının, təhsilə investisiyaların, “insan işçiləri”ni dəstəkləyəcək və bərabərsizliyi azaldacaq vergi sistemlərinin həyata keçirilməsini zəruri hala gətirəcək.

VOA xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondu (BVF)-nun “Məhsuldar Süni İntellektin Faydalarının Genişləndirilməsi: Fiskal Siyasətlərin Rolu” adlı hesabatında məlumat verilir. Hesabatda əmək bazarlarına təsir edə biləcək süni intellekt transformasiyasının sürəti və miqyası vurğulanıb.

BVF məhsuldar süni intellekt texnologiyalarının səmərəliliyi artırmaq və dövlət xidmətlərinin göstərilməsini yaxşılaşdırmaq potensialına malik olduğunu, lakin bu texnologiyaların sürətlə yayılmasının iş yerlərinin itirilməsi və bərabərsizliyin artması ilə bağlı narahatlıqlar doğurduğunu bəyan edib.

Hesabatda avtomatlaşdırma və robotların rutin işlərdə aşağı və orta ixtisaslı işləri əvəz etdiyi, məhsuldar süni intellektin isə idrak tələb edən peşələrdə işsizliyi artıra biləcəyi bildirilib. Həmçinin, bu vəziyyətin milli gəlirdə əmək payının azalmasına, gəlir və sərvət bərabərsizliyinin artmasına səbəb ola biləcəyi rəyi əlavə edilib.

Bütün bunlarla yanaşı çıxış yolu kimi, fiskal siyasətin əhəmiyyəti vurğulanıb. Belə ki, məhsuldar süni intellektdən əldə edilən gəlirlərin ədalətli bölüşdürülməsinin dəstəklənməsində fizkal siyasətin mühüm rol oynadığı və bütün dünyada sosial müdafiə ilə vergi sistemlərində əhəmiyyətli təkmilləşdirmələrə ehtiyac duyulduğu hesabatda qeyd olunub.

Suni intellekt gəlir ədalətsizliyini artıra bilər - BVF Suni intellekt gəlir ədalətsizliyini artıra bilər - BVF
Məqalədə: #BVF #suni intellekt #işsizlik #gəlir ədalətsizliyi

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.