12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Mərkəzi banklar sürətli şəkildə dolları qızılla əvəz edir

24 İyun 2024 12:01
Mərkəzi banklar sürətli şəkildə dolları qızılla əvəz edir

Bakı, VOA

Qlobal miqyasda hər üç mərkəzi bankdan biri gələn il qızıl ehtiyatlarını artırmağı planlaşdırır. Bundan əlavə, mərkəzi bankların 62%-i dolların yaxın illərdə dünyanın əsas ehtiyat valyutası statusunu itirəcəyinə inanır.

VOA xəbər verir ki, bu haqda Ümumdünya Qızıl Şurası (WGC) məlumat yayıb. Məlumata əsasən inkişaf etmiş ölkələrin mərkəzi banklarının yarısı öz ehtiyatlarında qızılın payının artacağını bəyan edib. İnkişaf etməkdə olan ölkələr arasında hər dörd mərkəzi bankdan üçü bu fikri bölüşür.

Getdikcə mürəkkəbləşən geosiyasi və maliyyə mühiti qızıl ehtiyatlarının idarə edilməsini həmişəkindən daha aktual edir. Mərkəzi banklar 2022-ci ildəki rekord həddə çatan 1082 ton qızıl alışının ardınca tarixdə ikinci ən yüksək illik satınalmanı 1037 ton qızıl alışı ilə 2023-də həyata keçirib.

Bu rekord rəqəmlərdən sonra qızıla mərkəzi banklar ehtiyat aktiv kimi üstünlük verməyə davam edir. 19 fevral - 30 aprel 2024-cü il tarixləri arasında cəmi 70 cavabla aparılan "2024-cü il Mərkəzi Bankının Qızıl Ehtiyatları (CBGR)" sorğusuna əsasən, mərkəzi bankların respondentlərinin 29%-i növbəti on iki ayda qızıl ehtiyatlarını artırmaq niyyətində olduqlarını deyib. Qeyd edək ki, bu nəticə 2018-ci ildə bu sorğuya başladığımızdan bəri müşahidə etdiyimiz ən yüksək göstəricidir.

Qızıl üzər planlaşdırılan alışlar, ilk növbədə, qızıl aktivlərini daha çox üstünlük verilən strateji səviyyədə yenidən balanslaşdırmaq istəyi, yerli qızıl istehsalı və maliyyə bazarı narahatlıqları, o cümlədən yüksək böhran riskləri və artan inflyasiya ilə əlaqədardır.

Aparılan sorğunun nəticələri son vaxtlar qızıl qiymətlərinin artmasına təkan verən amillərdən biri olan kreditorların xalis qızıl alışlarına xüsusi diqqət çəkir. Belə ki, satınalmalar martda üç tona qarşı apreldə 33 tona çatıb və bu, tələb və qiymətin arrtmasına səbəb olur.

Həmçinin, onu da əlavə edək ki, aprel ayından bu yana qızılın unsiyası 2300 dollardan yuxarı qiymətə satılır. Qiymət artımı, paralel şəkildə xüsusilə Afrikanın bir sıra ölkələrində qızıl istehsalçısının qazancını artırıb.

Mövzunun digər tərəfi isə, dollarla bağlı getdikcə daha qaranlıq proqnozların verilməsidir. 2022-ci ildə mərkəzi bankların yalnız 42%-i dolların ehtiyat valyuta mövqeyini itirəcəyini düşünürdü. Bu rəqəm 2023-cü ildə 55%-ə yüksəlib, indi isə 2024-cü ildə 62-64% olaraq yenidən artım göstərib. Avropa bankları ilk dəfə qeyd ediblər ki, dollara inam Rusiyaya qarşı sanksiyalardan dolayı azalmaqdadır, rezervlərin həcmi isə 77%-dən 55%-ə enib.

Mərkəzi banklar sürətli şəkildə dolları qızılla əvəz edir
Məqalədə: #qızıl #dollar #Ümumdünya Qızıl Şurası #qlobal valyuta

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
19:55
Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq
Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq
19:49
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
19:46
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
19:42
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.