9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Konqresinin yəhudi üzvü Netanyahunun çıxışında niyə iştirak etmədiyini bildirib

26 İyul 2024 18:20
Konqresinin yəhudi üzvü Netanyahunun çıxışında niyə iştirak etmədiyini bildirib

Bakı, AzerVoice

ABŞ Konqresinin ən gənc yəhudi üzvü Sara Jacobs, İsrail Baş naziri Benyamin Netanyahunun Konqresdəki çıxışına qatılmamasının səbəbini açıqlayıb.

AzerVoice xəbər verir ki, Amerikanın MSNBC kanalına verdiyi açıqlamada Jacobs, Netanyahunun çıxışına niyə qatılmadığı ilə bağlı fikirlərini bildirib.

“Netanyahunun 39 mindən çox fələstinlinin ölümünə səbəb olan amansız hərbi əməliyyatından dəhşətə gəlirəm” deyən Jacobs, İsrail ordusunun Netanyahunun göstərişi ilə 10 aydır Qəzzanı ağır şəkildə bombardman etdiyini, məktəblərdən qaçqın düşərgələrinə, təcili yardım maşınlarından xəstəxanalara qədər bütün infrastrukturun məhv edildiyini bildirib.

“Qəzzanın məhv edilməsinə, demək olar ki, bütün mülki əhalinin didərgin salınmasına və fələstinli ailələrin nəslinin məhv edilməsinə qətiyyən bəraət qazandırmaq olmaz”, - deyə Jacobs bildirib.

Humanitar yardımları çatdırıb paylamağın mümkün olmadığını xatırladan Jacobs, bu vəziyyətin yaxın gələcəkdə 1 milyon fələstinlinin ən yüksək səviyyədə aclıqla üzləşməsinə səbəb olacağını bildirib.

Jacobs, Netanyahunun İsraildə əhəmiyyətli dəstəyi itirdiyini, lakin "hesab verməkdən qorxduğu üçün savaşı davam etdirdiyini" söylədi. Netanyahunun atəşkəs razılaşmasına nail olmaqdan çəkindiyini və “iki dövlətli həll” ideyasına qarşı çıxmağa davam etdiyini bildirən Jacobs, “Həqiqət budur ki, bu münaqişənin hərbi həlli yoxdur”. dedi.

Haqsızlığa qarşı çıxma məsuliyyəti olduğunu qeyd edən Jacobs, "Mənim inancım bir qalxan və məhv etmə üçün bir bəhanə deyil" dedi.

Netanyahunun çıxışında iştirak edəcəyi təqdirdə bunun baş nazir və hökumətinin mövqeyini dəstəklədiyinə dair "saxta bir sübut" olaraq istifadə ediləcəyini ifadə edən Jacobs, "Konqresdə tribunalarda oynamaq İsrailin və Fələstin xalqının bölgədəki sülh və təhlükəsizliyinə töhfə verməz, əsirləri evlərinə gətirməz” dedi.

Jacobs, həmçinin Netanyahunun çıxışının müharibəni bitirməyəcəyini, bölgədəki ehtiyacı olanlara humanitar yardım çatdırmayacağını və fələstinli uşaqlara itirilmiş uşaqlıqlarını geri qaytarmayacağını bildirib.

Qeyd edək ki, Netanyahu dünən ABŞ Konqresində çıxış edib və çıxışında Qəzzada mülki itkilərin az olduğunu və orada aclığın olmadığını iddia edib. Netanyahunun çıxışı onlarla dəfə ayaqda alqışlarla kəsilib.

Konqresinin yəhudi üzvü Netanyahunun çıxışında niyə iştirak etmədiyini bildirib
Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Sara Jacobs

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.