10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

McDonald's-ın satışları son 4 ildən bəri ilk dəfə azalıb

30 İyul 2024 12:26
McDonald's-ın satışları son 4 ildən bəri ilk dəfə azalıb

Bakı, AzerVoice

ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi McDonald's-ın satışları bu ilin ikinci rübündə 1 faiz azalaraq 2020-ci ildən bəri ilk dəfə azalıb.

AzerVoice xəbər verir ki, bu haqda McDonald's-ın 2024-cü ilin ikinci rübü üçün balans hesabatında məlumat verilir.

Şirkətdən verilən açıqlamaya görə, McDonald's qlobal müqayisəli satışları bu ilin ikinci rübündə 1 faiz azalıb.

Beləliklə, şirkətin satışlarında 2020-ci ilin son rübündən bəri ilk dəfə azalma yaşanıb.

Sözügedən dövrdə restoranlar şəbəkəsinin ABŞ-da satışları 0,7 faiz, "Beynəlxalq Əməliyyat Bazarları" seqmenti satışları 1,1 faiz, françayzinq hüquqlarını strateji tərəfdaşlara verdiyi restoranların daxil olduğu "Beynəlxalq İnkişaf Lisenziyalı Bazarlar" seqmentinin satışları 1,3 faiz azalıb.

Balans hesabatında "Yaxın Şərqdə müharibənin davam edən təsiri və Çində mənfi müqayisə oluna bilən satışlar Latın Amerikası və Yaponiyada müsbət müqayisə edilə bilən satışlarla kompensasiya edilib", - deyə bildirilir.

McDonald's-ın gəliri ilin ikinci rübündə 6,49 milyard dollar təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, düz xətt üzrə qalıb. Şirkətin gəliri dövr ərzində bazar gözləntilərindən 6,61 milyard dollar aşağı düşüb.

McDonald's-ın xalis mənfəəti ikinci rübdə 12 faiz azalaraq 2,02 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2,31 milyard dollar mənfəət əldə edib.

Şirkətin ötən ilin ikinci rübündə 3,15 dollar olan hər səhm üzrə mənfəəti 2024-cü ilin birinci rübündə 2,80 dollara düşüb. Şirkətin səhm üzrə qazancı da bu dövrdə bazarın 3,08 dollarlıq gözləntilərini qarşılaya bilməyib.

McDonald's-ın Baş İcraçı Direktoru (CEO) Chris Kempczinski maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada istehlakçıların xərcləmələrində daha seçici olduğunu bildirib.

İsraili dəstəkləyən beynəlxalq şirkətlərə qarşı həyata keçirilən qlobal boykot hətakatı McDonald'sa da mənfi təsir göstərmişdi.

İsrailin Qəzzaya hücumları səbəbindən boykot hədəfinə çevrilən McDonald's-ın maliyyə nəticələrinə ötən ilin son rübündə və bu ilin ilk rübündə Yaxın Şərqdə baş verən münaqişələr mənfi təsir göstərib.

Keçən ilin son rübündə restoranlar şəbəkəsinin gəliri Yaxın Şərqdəki münaqişələr şirkətin satışlarına təsir göstərdiyi üçün bazar gözləntilərindən aşağı düşdü. Həmçinin, McDonald's-ın Yaxın Şərqdəki restoranlarının daxil olduğu bazar qrupundakı satışları da bu ilin birinci rübündə azalıb.

McDonald's-ın satışları son 4 ildən bəri ilk dəfə azalıb
Məqalədə: #İsrail #ABŞ #baykot #McDonald's

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.