14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Müharibə riski nəticəsində dünya birjaları çökdü

6 Avqust 2024 11:36
Müharibə riski nəticəsində dünya birjaları çökdü

Bakı, AzerVoice

İsrailin Fələstinə qarşı həyata keçirdiyi hücumları bölgə ölkələrinə yaymaq cəhdi dünya birjalarına mənfi təsir göstərdi. İsrail qlobal müharibə ehtimalını artırdığı üçün bazarlar “qara bazar ertəsi” yaşadı.

AzerVoice xəbər verir ki, İsrailin tətiklədiyi geosiyasi risklə yanaşı, dünyanın iki böyük iqtisadiyyatı sayılan ABŞ və Çinin durğunluqla üzləşməsi və FED-in qeyri-müəyyən siyasəti dünya birjalarına mənfi təsir göstərdi.

FED-in iki faizlik inflyasiya hədəfində israr etməsi uzun müddətdir haqqında danışılan durğunluğu qaçılmaz etdi. Nəticədə investorlar riskli aktivlərdən qaçmağa başladılar. Siyasi gərginlik və qeyri-müəyyənlik investorların risk qavrayışını artırdı və bazarlarda səhmlərin satışı üzərində təzyiqi artırdı.

Xüsusilə, Çinin iqtisadi artımının yavaşlaması Asiya bazarlarında qeyri-sabit dalğalı satışları dərinləşdirdi. Bu vəziyyət xüsusilə Yaponiya və Cənubi Koreya kimi ixrac yönümlü Asiya ölkələrinin bazarlarında böyük maliyyə itkisinə səbəb oldu.

Yaponiyada "Nikkei 225" indeksi 12,6 faiz rekord azalma ilə 37 ilin ən böyük gündəlik enişini yaşadı. Bu enişlə Nikkei bu il bütün qazanclarını silərək ayı bazarına (birja termini) girdi. Cənubi Koreyada Kospi indeksi də dəyərinin 9,4 faizini itirib. Yaponiya və Cənubi Koreya uzun müddətdən sonra ABŞ-ın ləngiməsindən qorxduqları üçün və yerli valyutalarının dollar qarşısında dəyərini saxlamaq üçün faiz dərəcələrini artırmaları diqqət çəkdi.

Avropa Birjalarında da vəziyyət fərqli deyil. Açılışdan sonra Avropa ortaq indeksi "Stoxx Europe 600" üç faiz azalaraq 483,1 bənd, Almaniyada DAX 40 indeksi isə 2,7 faiz azalaraq 17 162 bənd olub.

Coinmarketcap analiz şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 17,6 faiz azalaraq 1 trilyon 780 milyard dollara düşüb. Dünən saat 16:00-a olan məlumata görə, son 24 saatda 18,5 faiz ucuzlaşan Bitcoin 49 min 719 dollar səviyyəsinə düşüb. Ethereum isə son 24 saatda 23,6% dəyər itirərək 2 min 232 dollar səviyyəsinə düşüb.

ABŞ-da “Möhtəşəm 7”-li olaraq adlandırılan və ümumi bazar dəyəri 14 trilyon dollardan çox olan Apple, Alphabet, Amazon, Meta Platforms, Microsoft, Nvidia və Tesla şirkətlərinin bazar dəyəri qlobal müharibə riskindən dolayı təxminən 700 milyard dollar azalıb. Ən böyük itkini isə 191 milyard dollarla Nvidia yaşadı. Apple-ın bazar dəyəri 178 milyard dollar azalaraq 3 trilyon 164 milyard dollara, Microsoft-un bazar dəyəri isə 96 milyard dollar azalaraq 2 trilyon 940 milyard dollara düşdü. Alphabetin bazar dəyəri 74 milyard dollar azalaraq 1 trilyon 999 milyard dollara, Amazonun bazar dəyəri 87 milyard dollar azalaraq 1 trilyon 674 milyard dollara, Meta-nın bazar dəyəri isə 41 milyard dollar azalaraq 1 trilyon 194 milyard dollara düşüb. Teslanın bazar dəyəri isə 20 milyard dollar azalaraq 643 milyard dollara düşüb.

Müharibə riski nəticəsində dünya birjaları çökdü
Məqalədə: #İsrail #müharibə #dünya birjaları

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
12:55
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
12:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.