6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qadınlara qarşı 2600-dən çox zorakılığın qarşısını aldıq-Əfqanıstan

21 Avqust 2024 16:55
Qadınlara qarşı 2600-dən çox zorakılığın qarşısını aldıq-Əfqanıstan

Bakı, AzerVoice

Əfqanıstanın Əxlaqın Təbliği, Pisliklərin qarşısının alınması və şikayətlərə baxılması Nazirliyi (MOPVPV) qadınlara qarşı bir çox zorakılıq hallarının qarşısını aldıqlarını açıqlayıb.

AzerVoice xəbər verir ki, Əfqanıstan İslam Əmirliyinin MOPVPV Nazirliyi təhlükəsizlik qüvvələrinin 280-dən çox əməkdaşını saqqal saxlamadıqlarına görə işdən çıxarıb və keçən il Əfqanıstanda “əxlaqsız hərəkətlər” etdiklərinə görə 13 mindən çox adamı həbs edib.

MOPVPV-nın hər il açıqladığı məlumatlara görə, saxlanılanların təxminən yarısı 24 saatdan sonra sərbəst buraxılıb.

Nazirliyin Planlaşdırma və Qanunvericilik şöbəsinin müdiri Muhibullah Muhlisin keçirdiyi mətbuat konfransında bildirilib ki, ötən il dövlət orqanları tərəfindən 21 min 328 musiqi aləti məhv edilib və müvafiq mağazalarda "cəmiyyətin mənəvi dəyərlərinə zidd” film və serialların satışının qarşısı alınıb.

Nazirlik 281 təhlükəsizlik qüvvəsinin saqqalsız olduğunu aşkarladığını və onlara müəyyən edilmiş qaydalar çərçivəsində əvvəlcə xəbərdarlıq edildiyini, daha sonra xəbərdarlıqlara məhəl qoymayan bu şəxslərin vəzifələrindən azad edildiyini bildirib.

Qeyd edək ki, MOPVPV Talibanın ölkədə hakimiyyəti ələ keçirməsindən qısa bir müddət sonra yaradılıb. Sözügedən nazirlik Birləşmiş Millətlər Təşkilatı və Qərb qurumlarının davamlı tənqid hədəfinə çevrilib.

MOPVPV nazirliyinə bağlı məsul şəxslər küçələrdə dolaşır və insanlara İslam dininin müəyyən etdiyi dəyərlərə görə yaşamaları üçün təlqin göstərirlər.

İslam Əmirliyi administrasiyası həm Birləşmiş Millətlər Təşkilatı, həm də Qərb dövlətləri tərəfindən onlara qarşı edilən tənqidləri “daxili işlərinə müdaxilə” kimi qiymətləndirərək nəzərə almadığını ifadə edib.

Digər tərəfdən, Muhlis pul qarşılığında fahişəliklə məşğul olduğu təsbit edilən 200 nəfərin tutulduğunu və 2600-dən çox qadına qarşı zorakılığın qarşısının alındığını bildirib.

Qadınlara qarşı 2600-dən çox zorakılığın qarşısını aldıq-Əfqanıstan
Məqalədə: #Əfqanıstan İslam Əmirliyi

Mövzu üzrə digər xəbərlər

Qətər Pakistan və Əfqanıstan sərhədindəki gərginlikdən narahatlığını bildirib, dialoqa və təmkinə çağırıb
Yaxın Şərq

Qətər Pakistan və Əfqanıstan sərhədindəki gərginlikdən narahatlığını bildirib, dialoqa və təmkinə çağırıb

12 Oktyabr 2025 08:41
Tramp deyir ki, Əfqanıstan Baqram bazasını ABŞ-a qaytarmasa, pis şeylər olacaq
Rəy

Tramp deyir ki, Əfqanıstan Baqram bazasını ABŞ-a qaytarmasa, pis şeylər olacaq

21 Sentyabr 2025 09:10
Əfqanıstanda qadın polis qüvvələrinin sayı 2 minə çatır
Digər Dövlətlər

Əfqanıstanda qadın polis qüvvələrinin sayı 2 minə çatır

16 Sentyabr 2024 17:28
Əfqanıstan İslam Əmirliyi Türkmənistanla TAPI layihəsinə rəsmən start verib
Türkmənistan

Əfqanıstan İslam Əmirliyi Türkmənistanla TAPI layihəsinə rəsmən start verib

13 Sentyabr 2024 14:57

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.