9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Dəmir günbəz İsrail əsgərini öldürüb

26 Avqust 2024 16:07
Dəmir günbəz İsrail əsgərini öldürüb

Bakı, AzerVoice

Hizbullahın hücumlarına qarşı istifadə edilən Dəmir günbəz raketinin açıq dənizdə patrul gəmisinə dəyməsi nəticəsində bir İsrail əsgərinin öldüyü, iki əsgərin isə yaralandığı bildirilib.

AzerVoice xəbər verir ki, İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamada Hizbullahın səhər saatlarında həyata keçirdiyi hücumda donanmanın patrul gəmisində olan bir əsgərin öldüyü, birinin yüngül, digərinin isə orta dərəcədə yaralandığı bildirilib.

Bəyanatda əsgərin ölümünün necə baş verdiyi barədə məlumat paylaşılmayıb.

Digər tərəfdən, İsrail mətbuatında yer alan ordunun ilkin araşdırmasına görə, İsrail hava hücumundan müdafiə sistemindən buraxılan müdafiyə raketinin Hizbullaha aid pilotsuz uçuş aparatını vurduğu və partlayış nəticəsində ətrafa yayılan bir qəlpə parçasının patrul gəmisinə dəyməyərək bir əsgərin həlak olmasına səbəb olduğu deyilir.

Qeyd edək ki, xəbərdə Hizbullaha məxsus iki pilotsuz uçuş aparatının (PUA) açıq dənizdə irəlilədiyi də bildirilib.

Xəbərdə Dəmir Günbəzdən atılan raketin hissələrinin patrul gəmisində tapıldığı və seyr halında olan Hizbullaha məxsus İHA-ı təqib edərkən raketin "səhvən" gəmiyə dəymiş ola biləcəyinə dair ikinci ehtimalı nəzərdən keçirdiyi bildirilib.

Nahariyyə şəhəri sahillərində dənizdə bir nəqliyyat vasitəsinə doğru sürətlə göydən düşən raketin orada partlaması ilə bağlı görüntülər sosial mediada paylaşılıb.

İsrail ordusu "Hizbullah"ın İsraili hədəf almağı planlaşdırdığını iddia edərək Livana "önləyici hücum" etdiyini açıqlayıb.

Bunun ardınca Hizbullah iyulun 30-da Beyrutda yüksək rütbəli komandirlərindən biri Fuad Şükürün öldürülməsinə qarşı İsrailə qarşı cavab hücumu təşkil etdiyini açıqlayıb.

Hizbullah cavab hücumunda İsrail ordusuna məsxux nöqtələrin 320 raket və çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını bildirib.

İsrail ordusu bu gün səhər saatlarında Livana edilən hücumlarda 100-ə yaxın döyüş təyyarəsinin iştirak etdiyini və İsrailin mərkəzini vurmaq üçün yerləşdirilən 40 raket qurğusunun vurulduğunu iddia edib.

Dəmir günbəz İsrail əsgərini öldürüb
Məqalədə: #İsrail #Fələstin #Hizbullah #Dəmir günbəz

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43

Son Xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.