15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Dünyanın ən rahat gəzinti şəhərləri açıqlanıb

20 Aprel 2025 17:30
Dünyanın ən rahat gəzinti şəhərləri  açıqlanıb

BAKI, AzerVoice

Dünyanın piyada gəzinti üçün ən əlverişli şəhərləri açıqlanıb.

AzerVoice xəbər verir ki, məşhur səyahət platforması Skyscanner dünyanın piyada ilə ən asan ziyarət edilə bilən şəhərlərinin siyahısını açıqlayıb.

Siyahı hazırlanarkən şəhərlərdəki gəzinti yollarının sayı, hava keyfiyyəti, cinayət səviyyəsi və əsas turistik məkanlar arasındakı məsafə kimi amillər əsas götürülüb. Sıralamada dünyanın müxtəlif bölgələrindən bir çox tanınmış şəhər yer alıb, o cümlədən Türkiyənin Bursa şəhəri də bu siyahıya daxil edilib.

Skyscanner mütəxəssisləri qeyd edir ki, piyada səyahət ekoloji cəhətdən daha təmiz olmaqla yanaşı, həm də şəhərləri daha yaxından və dərin şəkildə tanımaq imkanı yaradır.


Siyahının ilk sırasında İspaniyanın Kordoba şəhəri qərarlaşıb. UNESCO-nun Dünya İrs Siyahısında yer alan bu şəhərin tarixi mərkəzini piyada cəmi 26 dəqiqəyə gəzmək mümkündür.


Yaponiya – Xirosima və Naqasaki
kimi şəhərlər cinayət səviyyəsinin aşağı olması və şəhər planlamasının səmərəliliyi ilə seçilirlər. Hər iki şəhər gəzinti üçün sakit və təhlükəsiz mühit təqdim edir.

İtaliya – Kalabriya və Bolzano kimi şəhərlər yaşıllıqları, liman bölgələri və dağ mənzərələri ilə həm turistlər, həm də idman həvəskarları üçün ideal məkandır. Kalabriyada əsas nöqtələrə piyada 25 dəqiqəyə, Bolzanoda isə Alp dağlarının ətəklərində gəzinti təcrübəsi yaşamaq mümkündür.

Monako – Monte Karlo orta hesabla 38 dəqiqəyə piyada ziyarət edilə bilən kiçik, lakin zəngin mədəniyyətə sahib şəhərdir. Lüks mağazalar, marinadakı yaxtalar və avtomobil muzeyləri ilə turistlərin marağını cəlb edir.

Estoniya – Tartu şəhəri çay boyunca salınmış gəzinti yolları və təmiz havası ilə seçilir. Eyni zamanda botanika bağları və parklarla zəngin mühit yaradır.

Bosniya və Herseqovina – Sarayevo şəhəri Osmanlı İmperatorluğu dövründən qalan irsi, dar küçələri və qəhvə qoxusu ilə tanınır. Şəhərin mərkəzini piyada 20 dəqiqəyə gəzmək mümkündür.

Kanada – Viktoriya şəhəri Şimali Amerikadan siyahıya düşən yeganə şəhərdir. Burada 450-dən çox gəzinti yolu mövcuddur.

Türkiyə - Bursa şəhəri Osmanlı irsi və piyada ziyarət üçün ideal məkandır

Siyahının ən sevindirici cəhəti isə Bursa şəhərinin də bu reytinqə daxil edilməsidir. İstanbuldan sonra Türkiyənin Marmara bölgəsindəki ən böyük şəhər olan Bursa zəngin tarixi, təbiəti və mədəni irsi ilə piyada ziyarət üçün əlverişli şəhərlərdən biri kimi qiymətləndirilib. Skyscanner mütəxəssisləri Bursanı , “Osmanlı mirası, canlı bazarları və təbii isti bulaqları ilə piyada kəşfiyyat üçün əla seçimdir” - belə təsvir edib.

Şəhərin ən məşhur turistik məkanları – Ulu Məscid, Osman Qazi və Orxan Qazi türbələri, Təpəbaşı, Koza Han, Qapalı Çarşı və digər tarixi obyektləri bir saata qədər bir vaxtda piyada gəzmək mümkündür. Bundan əlavə, şəhərin mərkəzindən uzaqlaşmadan həm dini, həm də ticari mərkəzlərlə tanış olmaq mümkündür.

Bu cür reytinqlər bir daha göstərir ki, şəhər planlamasında yalnız nəqliyyat və infrastruktur deyil, piyada hərəkətliliyi və yaşayış rahatlığı da əsas kriteriyalardan biri olmalıdır. Turistlər getdikcə daha çox avtomobilsiz bölgələrə və qısa məsafəli gəzintilərlə tarixi hiss edə biləcəkləri şəhərlərə üstünlük verirlər.

Qeyd edək ki, Skyscanner-in bu siyahısı həm turizm baxımından, həm də şəhərsalma sahəsində çalışanlar üçün vacib göstərici ola bilər.

Məqalədə: #Türkiyə #İtaliya #İspaniya #Yaponiya #Piyada gəzinti #Turistik şəhərlər #Şəhər mədəniyyəti #Turistlərin gəzintisi üçün əlverişli şəhərlər #Əlverişli turizm infrastrukturu #Şəhər inkişafı #Ekoloji turizm

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
16:41
“Royal Jordanian” Əqabə–Ər-Riyad reyslərinə başlayır
“Royal Jordanian” Əqabə–Ər-Riyad reyslərinə başlayır
16:32
Səudiyyə Ərəbistanı Hələb hava limanına 2 milyard dollar yatıracaq
Səudiyyə Ərəbistanı Hələb hava limanına 2 milyard dollar yatıracaq
16:20
Qətər Qırmızı dəniz böhranının diplomatik həllinə çağırıb
Qətər Qırmızı dəniz böhranının diplomatik həllinə çağırıb
16:09
İraqın Baş naziri rəsmi səfərlə Almaniyaya gedib
İraqın Baş naziri rəsmi səfərlə Almaniyaya gedib
16:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.