13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Sızanaq üçün mRNA peyvəndi hazırlanıb

4 May 2025 12:00
Sızanaq üçün mRNA peyvəndi hazırlanıb

BAKI,AzerVoice

Hələ sınaq mərhələsində olan bu peyvənd klinik sınaqlardan keçərsə, bazarda ilk sızanaq peyvəndi olacaq.

AzerVoice xəbər verir ki, Alimlər, dünya üzrə 11-30 yaş arası insanların təxminən 95 faizini təsir edən sızanaq problemini müalicə etmək üçün peyvənd hazırlayıblar.

Sızanaq, dəridəki tük follikullarının və məsamələrin tıxanması və bədənin buna reaksiya verməsi nəticəsində yaranan, adətən üz, yuxarı qollar və arxada lezyonların əmələ gəlməsi ilə nəticələnən sağlamlıq problemidir.

Bu vəziyyət, xüsusilə yeniyetməlikdə dəyişən hormonlara qarşı həssaslıq nəticəsində yaranır. Lakin müəyyən genetik faktorlar, dərman həssaslıqları və ya dəridəki Cutibacterium acnes bakteriyaları da sızanaq probleminə töhfə verə bilər.

Fransanın dərman nəhəngi Sanofi, orta və ağır dərəcəli sızanaq problemi olan böyüklər üçün hazırladığı bu peyvəndin erkən mərhələ klinik sınaqlarına başlayıb.

2024-cü ildə hazırlanan peyvəndin tam olaraq necə işlədiyinə dair təfərrüatlar hələ paylaşılmayıb.

Lakin Sanofi bu peyvəndin mRNA peyvəndi olduğunu qeyd edir.

mRNA peyvəndi, bədənə xəstəlik törədən patogenin genetik təlimatlarını (mRNA) verərək işləyir. Bu təlimatlar sayəsində hüceyrələr patogenin zərərsiz bir hissəsini özü istehsal etməyi öyrənir. İmmunitet sistemi bu proteini "xarici maddə" kimi tanıyır və ona qarşı müdafiə mexanizmi yaradır. Beləliklə, həqiqi patogenlə qarşılaşdıqda bədən hazır olur.

Məqalədə: #peyvənd #Genetik faktorlar #mRNA peyvəndi #Sanofi #Klinik sınaqlar

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.