11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropada qatarla səyahət artacaq, uçuşlar azalacaq

17 May 2025 16:00
Avropada qatarla səyahət artacaq, uçuşlar azalacaq

BAKI, AzerVoice

Avropalılar qatara üstünlük verirlər -Təyyarə ilə səyahət azalacaq.

AzerVoice xəbər verir ki, Avropada vətəndaşlar yaxın beş il ərzində hava nəqliyyatına deyil, dəmir yolu səyahətlərinə daha çox üstünlük verməyi planlaşdırırlar.

“Hitachi Rail” şirkətinin apardığı beynəlxalq sorğuya görə, respondentlərin cəmi 2 faizi daha çox uçmağı planlaşdırdığı halda, onların yarıya yaxını qatarla daha çox səyahət etməyi düşünür.

Araşdırmaya əsasən, uzun məsafəli səyahətlərin (2,5 saat və daha çox) təxminən üçdə biri artıq dəmir yolu ilə həyata keçirilir və bu göstəricinin önümüzdəki illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Respondentlərin 40 faizi növbəti 5 ildə, şəhər sakinlərinin isə 49 faizi bu nəqliyyat növünü daha sıx istifadə etməyi planlaşdırır.

Avropalıların üçdə ikisi, sürətli dəmir yolu alternativlərinin mövcud olduğu marşrutlarda qısa məsafəli uçuşların qadağan edilməsini dəstəkləyir. Fransada bu qayda artıq tətbiq olunur, İspaniyada isə eyni təklif gündəmdədir. Hər iki ölkədə ictimaiyyətin əhəmiyyətli hissəsi daha sərt tədbirlərin görülməsinə də hazır olduğunu bildirib.

Qeyd edək ki, sorğuya qatılanların çoxu ictimai nəqliyyatdan istifadənin artmasına dair fikir bildiriblər. Onların 70 faizi əlaqələrin yaxşılaşdırılması halında ictimai nəqliyyatdan daha çox istifadə edəcəklərini, yarıdan çoxu isə daha yüksək qiymətə baxmayaraq, bu nəqliyyat növünə üstünlük verəcəklərini vurğulayıb.

Hitachi Rail-in Qrup Bazarları Direktoru Edoardo La Ficara qeyd edib ki, “sorğu iştirakçıları növbəti illərdə dəmir yolunun ən sürətlə inkişaf edən nəqliyyat növü olacağını düşünür və bu istiqamətdə dövlət dəstəklərini də alqışlayırlar”.

Məqalədə: #Avropa #Nəqliyyat #Avropada dəmir yolu səyahəti #Avropalıların nəqliyyat vərdişləri #Avropada sürətli qatar istifadəsi #qatarla səyahət #Qısa məsafəli uçuşlar #Yaşıl nəqliyyat alternativləri

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.