10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Tarixdə ən güclü günəş fırtınası 14 min 300 il əvvəl qeydə alınıb

18 May 2025 15:00
Tarixdə ən güclü günəş fırtınası 14 min 300 il əvvəl qeydə alınıb

BAKI, AzerVoice

Yer kürəsini vuran ən güclü günəş fırtınası 14 min 300 il əvvəl baş verib.

AzerVoice xəbər verir ki, alimlər Yer tarixində indiyə qədər qeydə alınmış ən güclü günəş fırtınasının təxminən 14 min 300 il əvvəl — eramızdan əvvəl 12.350-ci ildə baş verdiyini müəyyən ediblər.

Finlandiyanın Oulu Universitetinin apardığı araşdırmalar zamanı ağac halqaları və buz nüvələrinin təhlilindən istifadə olunub. Nəticələrə görə, bu kosmik hadisə atmosferdə karbon-14 izlərinin kəskin şəkildə artmasına səbəb olub.

SOCOL:14C-Ex adlı iqlim modeli ilə aparılan simulyasiyalara əsasən, bu geomaqnit qasırğası müasir dövrdə qeydə alınan ən güclü günəş fırtınasından 500 dəfə güclü olub.

Qeyd olunur ki, günəşdən gələn yüklü hissəciklər Yer atmosferinə daxil olduqda karbon-14 izotopunun səviyyəsi artır və bu dəyişikliklər min illərlə ağac halqalarında iz buraxır.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə baş verə biləcək analoji miqyaslı günəş fırtınaları müasir texnoloji infrastruktur — o cümlədən peyk rabitəsi, enerji şəbəkələri və naviqasiya sistemləri üçün ciddi təhdid yarada bilər.

Məqalədə: #Bunu bilirsinizmi? #2025 kosmik hadisələri #Ən güclü günəş fırtınası #Günəş qasırğası və texnoloji risklər #Geomaqnit qasırğası #Tarixi günəş hadisələri #radiasiya partlayışı

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.