12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropada gənclər narkotik və spirtdən daha çox elektron siqaretə yönəlir

24 May 2025 15:30
Avropada gənclər narkotik və spirtdən daha çox elektron siqaretə yönəlir

BAKI, AzerVoice

Avropa üzrə aparılan genişmiqyaslı araşdırma göstərib ki, gənclər arasında elektron siqaret istifadəsi sürətlə artır və artıq spirtli içki və narkotik istifadəsini geridə qoyub.

Bu barədə Alkoqol və Digər Narkotiklər üzrə Avropa Məktəb Sorğusu Layihəsi (ESPAD) çərçivəsində dərc olunmuş son hesabatda bildirilir.

Hesabat 37 Avropa ölkəsində 15–16 yaşlı təxminən 114 min gəncin iştirak etdiyi sorğuya əsaslanır. 30 il ərzində gənclərin narkotikdən istifadəsi, siqaret və spirtli içki vərdişləri, eləcə də digər davranış meylləri izlənilib.

Araşdırmanın nəticələrinə əsasən, elektron siqareti sınaqdan keçirmiş gənclərin nisbəti son beş ildə 14 faizdən 44 faizə yüksəlib. Respondentlərin 22 faizi isə müntəzəm olaraq e-siqaret istifadə etdiyini bildirib.

1990-cı illərdən bəri siqaret çəkənlərin sayı azalsa da, yeniyetmə qızlar arasında gündəlik siqaret çəkmə hallarında artım müşahidə olunur. Bu, eyni zamanda ənənəvi və elektron siqaretin birgə istifadəsi ilə bağlı narahatlıqları artırır.

Respondentlərin çoxu e-siqaretə çıxışın asan olduğunu deyib. Araşdırma müəllifləri bu tendensiyanı alternativ nikotin məhsullarına keçidin bir əlaməti kimi qiymətləndirir.

Son 20 ildə alkoqol istifadəsi və aşırı içki içmə halları ümumilikdə azalsa da, bəzi ölkələrdə bu tendensiya davam edir. Aşırı alkoqol istehlakı ən yüksək Danimarka (55%), Almaniya (49%) və Avstriyada (48%) qeydə alınıb.

Eyni zamanda, gənclərin içki ilə ilk tanışlığı daha erkən yaşlara düşüb: hər üç məktəblidən biri ilk dəfə 13 yaş və ya daha kiçik yaşda spirtli içki qəbul edib.

Məqalədə: #Avropa #Bunu bilirsinizmi? #elektron siqaret zərərləri #elektron siqaret istifadəsi #Avropada spirtli içki vərdişləri #Avropada gənclərin pis vərdişləri #ESPAD 2024 hesabatı #məktəblilərdə narkotik istifadəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.