Azərbaycanda elektron siqaret satanlar cərimələnəcək
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdiriləcək.
Maldivlərdə yeni qanun: 2007-ci ildən sonra doğulanlara siqaret qadağası
Hind okeanındakı ada dövləti Maldivlər, 1 yanvar 2007-ci ildən sonra doğulan hər kəsə tütün məhsullarını almağı, istifadə etməyi və onlara satmağı qadağan edərək, dünyada “nəsillərarası siqaret qadağası” tətbiq edən yeganə ölkə olub. Maldivlər Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu qərar Prezident Məhəmməd Muizzunun təşəbbüsü ilə ilin əvvəlində qəbul edilib və 1 noyabrdan qüvvəyə minib.
Elektron siqaretlərin ən təhlükəli növü açıqlanıb
Bu məhsulların tərkibindəki kimyəvi maddələrin ağciyər hüceyrələrində müdafiə yollarını bağladığı və immun hüceyrələrin hərəkətliliyini dəyişərək ağciyərlərin müdafiəsini zəiflətdiyi bildirilib