8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vyetnamda elektron siqaretə tam qadağa: Turistlərə cərimə və həbs riski

18 May 2025 12:00
Vyetnamda elektron siqaretə tam qadağa: Turistlərə cərimə və həbs riski

BAKI, AzerVoice

Vyetnam hökuməti bu ilin əvvəlindən etibarən elektron siqaretlərin və onların mayelərinin saxlanması, satışı və istifadəsini tam şəkildə qadağan edib.

AzerVoice xəbər verir ki, qadağanı pozan şəxslər 2 milyon dong (təxminən 78,5 ABŞ dolları) məbləğində cərimə edilə bilər.

Elektron siqaretləri idxal edən, satan, daşıyan və ya istehsal edən şəxsləri isə 3 milyard dong cərimə və ya 15 ilə qədər həbs cəzası gözləyir.

Vyetnam bu addımı ilə elektron siqaretlərə qarşı sərt tədbirlər görən ölkələr Avstraliya, Türkiyə, Sinqapur, Meksika, Hindistan, Braziliya, Maldiv adaları və Tailandın sırasına qoşulmuş olur. Bu ölkələrdə əsas narahatlıq, elektron siqaretlərin xüsusilə gənclər arasında yayılması və onların sağlamlığına təsiridir.

Səhiyyə rəsmiləri bu qərarın, ağciyərlərdə geri dönüşü olmayan zədələnmələr riskinə qarşı atıldığını bildirirlər. Eyni zamanda qeyd olunur ki, siqareti tərgitməyə kömək etdiyi iddia edilən bu cihazların rəngli dizaynları və şirin dadları gənc istifadəçilər üçün cəlbedici hal alıb.

Turistlərə isə məsləhət görülür ki, səfərdən əvvəl elektron siqaret cihazlarının həmin ölkəyə gətirilməsinin qanuni olub-olmadığını diqqətlə araşdırsınlar. Xüsusilə Tailand kimi sərt qanunlara sahib ölkələrdə bu cür qayda pozuntuları ağır cəza ilə nəticələnə bilər.

Məqalədə: #Türkiyə #Meksika #Vyetnam #Braziliya #Avstraliya #Maldiv #Tailand #Sinqapur #elektron siqaret zərərləri

Mövzu üzrə digər xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Digər Dövlətlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub

20:18
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.