6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İspaniya siqaret qadağasını genişləndirməyi planlaşdırır

7 İyun 2025 12:25
İspaniya siqaret qadağasını genişləndirməyi planlaşdırır

BAKI, AzerVoice

İspaniya hökuməti ölkədə siqaret çəkməyi daha da məhdudlaşdırmaq məqsədilə bar və restoranların açıq terrasları, məktəb oyun meydançaları və universitet şəhərcikləri də daxil olmaqla bir çox açıq ictimai yerlərdə siqaret qadağasını genişləndirməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi tərəfindən dəstəklənən yeni qanun layihəsi həm ənənəvi tütün məmulatlarını, həm də elektron siqaretləri əhatə edəcək.

Səhiyyə naziri MoniKa Qarsia “qanun layihəsinin artıq konkretləşdirildiyini” bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüs İspaniyanı “siqaretə qarşı mübarizədə ön cərgəyə” çıxaracaq. Layihənin Nazirlər Kabineti və İspaniya parlamentinin aşağı palatasında müzakirəyə təqdim olunması nəzərdə tutulur.

Tütünə qarşı mübarizə tədbirləri yalnız açıq məkanlarda siqaret çəkmənin qadağan edilməsi ilə məhdudlaşmayacaq. Hökumət eyni zamanda siqareti tərgitmək istəyən şəxslər üçün dəstəyin artırılması və tütün məhsullarına vergi artımı tətbiq edilməsi kimi tədbirlər üzərində də işləyir.

Yeni qadağa layihəsinə əsasən, məktəb oyun meydançaları, universitet şəhərcikləri, dövlət nəqliyyat dayanacaqları, açıq hava bayram tədbirləri və dövlət nəqliyyat vasitələri də siqaret çəkmək üçün qadağan olunmuş ərazilər sırasına daxil ediləcək.

Qeyd edək ki, İspaniyanın solçu koalisiya hökuməti bu təşəbbüsü Avropa Komissiyasının siqaret qadağasının daha geniş ictimai sahələrə şamil edilməsi və elektron siqaretlərin də qadağaya daxil edilməsi ilə bağlı təklifindən sonra hazırlayıb.

Məqalədə: #İspaniya #siqaret #siqaret qadağası #elektron siqaret zərərləri #Siqaret və hava çirkliliyi #elektron siqaret istifadəsi

Mövzu üzrə digər xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

10:00
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib
Digər Dövlətlər

İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

3 Sentyabr 12:37
Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər
Digər Xəbərlər

Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

28 İyul 21:28

Son Xəbərlər

Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.