13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropa İttifaqında elektron siqaretlər üçün vergi gündəmdə: 15 ölkədən məktub

7 İyun 2025 11:00
Avropa İttifaqında elektron siqaretlər üçün vergi gündəmdə: 15 ölkədən məktub

BAKI, AzerVoice

Avropa İttifaqında siqaretlər, tütün və purolarla yanaşı, elektron siqaretlər və nikotin paketlərinə də xüsusi istehlak vergisi tətbiq olunması üçün təzyiqlər artır.

AzerVoice xəbər verir ki, ötən həftə 15 ölkənin maliyyə və iqtisadiyyat naziri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə məktub göndərərək məsələni gündəmə gətirib.

Yeni təklifə görə, ənənəvi siqaretlərdə olduğu kimi, elektron siqaretlər və nikotin paketləri üçün də ilk dəfə minimum səviyyədə xüsusi istehlak vergisi tətbiq ediləcək.

Avropa Komissiyası uzun müddətdir gözlənilən Tütün Vergitutma Direktivini (TTD) hələ də yayımlamayıb.

Ekspertlər 2011-ci ildən bəri direktivin yenilənmədiyini və yeni nikotin məhsullarının bazara daxil olduğunu vurğulayırlar. 2022-ci ildə qəbul olunan Avropanın Xərçəngi Yox Etmə Planı çərçivəsində bu məhsulların da vergi tənzimləmələrinə daxil edilməsi təklif olunmuşdu.

Mart ayında 12 ölkənin səhiyyə naziri Avropa Komissiyasına müraciət edərək tütünlə bağlı bütün qaydaların o cümlədən vergi məsələlərinin yenidən nəzərdən keçirilməsini istəyib. Ötən həftə isə 15 ölkənin maliyyə və iqtisadiyyat naziri Ursula von der Leyenə məktub göndərərək Tütün Vergitutma Direktivinin yenilənməsini tələb edib.

Bundan sonra vergi məsələlərinə cavabdeh olan Komissar Vopke Hoekstra, qaydaların yaxın vaxtlarda dəyişəcəyinə ümid etdiyini bildirib.

Yeni qaydalar ənənəvi siqaretlər üçün vergiləri artırmaqla yanaşı, elektron siqaretlər və nikotin paketləri kimi məhsullara da xüsusi istehlak vergisi tətbiq edəcək.

Məqalədə: #Avropa Komissiyası #Ursula von der Leyen #siqaret #siqaret qadağası #elektron siqaret zərərləri #Siqaret və hava çirkliliyi #elektron siqaret istifadəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.