12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Tramp administrasiyası Harvarda tələbə qəbulunu dayandırıb

23 May 2025 10:31
Tramp administrasiyası Harvarda tələbə qəbulunu dayandırıb

BAKI, AzerVoice

Tramp administrasiyası Harvard Universitetinin beynəlxalq tələbə qəbulunu dayandırıb.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Harvard Universitetinin beynəlxalq tələbə qəbulunu "qanunlara uyğun gəlmədiyi" səbəbilə dayandırıb.

Qərarın əsas səbəbi kimi universitetin Fələstinə dəstək aksiyalarına səssiz qalması və antisemitizm ittihamları göstərilib.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bu barədə rəsmi məktubla Harvard rəhbərliyini məlumatlandırıb. O, X (keçmiş Twitter) hesabında paylaşdığı açıqlamada, “Harvard Universitetinin Tələbə və Mübadilə Proqramı sertifikatı ləğv edilib və bu qərar dərhal qüvvəyə minib”- deyə bildirib.

Noem bildirib ki, universitetin "kampusda zorakılığı və antisemitizmi təşviq etdiyi", eləcə də "Çin Kommunist Partiyası ilə koordinasiyada olduğu" iddia olunur. Onun sözlərinə görə, beynəlxalq tələbə qəbuluna sahib olmaq bir hüquq deyil, imtiyazdır və Harvard bu imtiyazı itirib.

Tramp administrasiyası eyni zamanda Harvard üçün nəzərdə tutulan 2,2 milyard dollarlıq federal maliyyəni və 60 milyon dollarlıq müqavilə haqqını da dondurmaq qərarına gəlib. Universitet bu qərarın qeyri-qanuni olduğunu bildirərək məhkəməyə müraciət edib.

Xatırladaq ki, ABŞ-da bir sıra universitetlər, o cümlədən Harvard, Fələstinə dəstək aksiyalarına səhnə olub. Bu fonda federal hökumət "Antisemitizmlə Mübarizə Qrupu" yaradaraq bir neçə dövlət qurumu ilə universitetlərə təzyiqləri artırıb.

Məqalədə: #ABŞ #Donald Tramp #Antisemitizm #Etiraz aksiyası #Fələstin tərəfdarı etirazlar #Harvard federal maliyyə qalmaqalı #Harvard Universiteti #antisemitizmə qarşı mübarizə

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.