5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Bill Qeyts sərvətinin 99 faizini Afrikaya bağışlayacaq

3 İyun 2025 16:11
Bill Qeyts sərvətinin 99 faizini Afrikaya bağışlayacaq

BAKI, AzerVoice

“Sərvətimin böyük hissəsini Afrikada səhiyyə və təhsilə sərf edəcəyəm.”

AzerVoice xəbər verir ki, amerikalı milyarder və “Microsoft”un qurucusu Bill Qeyts qarşıdakı 20 ildə sərvətinin əsas hissəsini Afrikada səhiyyə və təhsilin inkişafına yönəltməyə söz verib.

69 yaşlı Qeyts bildirib ki, "səhiyyə və təhsil vasitəsilə insan potensialını üzə çıxarmaqla, Afrikadakı hər bir ölkə çiçəklənmə yolunda olacaq". O, afrikalı gəncləri süni intellektin səhiyyədə istifadəsi istiqamətində innovativ yollar axtarmağa çağırıb.

Qeyts ötən ay sərvətinin 99 faizini 2045-ci ilə qədər, yəni fondunun bağlanacağı tarixədək ianə etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, bu maliyyənin böyük hissəsi Afrika ölkələrində sağlamlıq və təhsil problemlərinin həllinə yönəldiləcək.

Mozambikin keçmiş birinci xanımı Qraça Maşel də Qeytsin açıqlamasını alqışlayaraq, bunu “kritik bir anda atılmış mühüm addım” kimi dəyərləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın “Amerika birinci yerdədir” siyasəti çərçivəsində Afrikaya ayrılan bir sıra səhiyyə yardımları, o cümlədən HİV/QİÇS proqramları azaldılmışdı ki, bu da qitədə səhiyyənin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olmuşdu.

Bill Qeyts vurğulayıb ki, fondun əsas prioritetləri ilkin tibbi xidmətlərin gücləndirilməsi, ana və körpə ölümlərinin azaldılması, ölümcül yoluxucu xəstəliklərə qarşı mübarizə və yoxsulluqdan xilas üçün davamlı təşəbbüslərin dəstəklənməsidir.

Məqalədə: #Microsoft #Afrika #xeyriyyəçilik #Mozambik #HİV (HIV) – İnsan İmmunçatışmazlığı Virusu #var-dövlət #miras #Bill Qeyts #Gates Fondu

Mövzu üzrə digər xəbərlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
Digər Dövlətlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

28 Avqust 12:33
Azərbaycan Afrika Respublikasına başsağlığı verib
Siyasət

Azərbaycan Afrika Respublikasına başsağlığı verib

20 Avqust 12:10
Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası
Sağlamlıq ensiklopediyası: Xəstəliklər və fobiyalar

Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

12 İyul 12:00
Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə
Digər Dövlətlər

Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə

4 İyul 14:48

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.