5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Sosial şəbəkələrdə foto paylaşmaq təhlükə mənbəyinə çevrilib

Sosial şəbəkələrdə paylaşım artdıqca kibertəhlükələr də çoxalır.

15 İyun 2025 16:12
Sosial şəbəkələrdə foto paylaşmaq təhlükə mənbəyinə çevrilib

BAKI, AzerVoice

Sosial şəbəkələrdə paylaşım artdıqca kibertəhlükələr də çoxalır.

AzerVoice xəbər verir ki, texnologiyanın inkişafı ilə kibercinayətkarların istifadə etdiyi üsullar da təkmilləşir.

Sosial şəbəkələrdə tez-tez paylaşılan fotoşəkillər isə yeni təhlükə mənbəyinə çevrilir. Xüsusilə üz cizgilərinin aydın göründüyü fotolar, süni intellekt vasitəsilə müxtəlif saxtakarlıq fəaliyyətlərində istifadə oluna bilər.

Sosial Media və Rəqəmsal Təhlükəsizlik Mütəxəssisi Levent Eraslan bildirib ki, “deepfake” texnologiyası artıq istifadəçinin səsini, jest və mimikalarını, hətta hərəkətlərini təqlid edərək saxta görüntülər yarada bilir. Onun sözlərinə görə, əvvəllər komanda işi olan bu texnologiyalardan artıq təkcə bir telefon vasitəsilə də istifadə mümkündür. "Sizin adınıza saxta şəxsiyyət vəsiqəsi düzəldə, fırıldaqçılıq məqsədilə kampaniyalar yarada və ya sizi danışdıraraq mənfi informasiyalar yaya bilərlər", – deyə o əlavə edib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, paylaşılan fotolardakı fon detallarında – ünvan, ev və ya iş yeri kimi məlumatlar da fiziki təhlükə yarada bilər. Hər bir əlavə paylaşım, potensial risk və qurban olma ehtimalını artırır.

Qeyd edək ki, Levent Eraslan sosial mediada ehtiyatlı davranmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, foto və məlumatlar internetdə heç vaxt tamamilə silinmir. “Özünüzü geniş bucaqdan əks etdirən şəkillər əvəzinə bulanıq və ya yandan çəkilmiş görüntülərə üstünlük vermək daha təhlükəsizdir. Eviniz, ailəniz və gündəlik həyatınıza dair fotoları tez-tez paylaşmamağınız tövsiyə olunur”, – deyə o bildirib.

Məqalədə: #Süni intellekt #kibercinayətkarlıq #kibercinayət #Bunu bilirsinizmi? #Süni intellekt və təhlükəsizlik #Süni intellektin etik problemləri #Sosial şəbəkə xidmətləri #Süni intellektin gələcəyi #sosial şəbəkələrdə dezinformasiya

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb
ArabCars

Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb

4 Sentyabr 12:47
Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb
Texnologiya

Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

2 Sentyabr 20:58

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.