14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

BMT konfransında plastik çirklənməyə qarşı hüquqi razılaşma tələb olunub

11 İyun 2025 16:35
BMT konfransında plastik çirklənməyə qarşı hüquqi razılaşma tələb olunub

BAKI, AzerVoice

BMT-nin Okean Konfransında plastik çirklənməyə qarşı beynəlxalq razılaşma çağırışı edilib.

AzerVoice xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən BMT-nin Üçüncü Okean Konfransında plastik çirklənməyə qarşı məcburi beynəlxalq razılaşmanın qəbuluna çağırış edilib.

Kosta Rika və Fransanın həmsədrliyi ilə keçirilən tədbirdə 120-dən çox ölkənin liderləri və yüksək səviyyəli nümayəndələri, eləcə də elmi və vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri iştirak edir. Konfransda plastik tullantıların okean ekosistemlərinə və insan sağlamlığına ciddi təhdid yaratdığı vurğulanıb.

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, iştirakçıların bir qismi bu çirklənmənin qarşısını almaq üçün hüquqi cəhətdən məcburi beynəlxalq mexanizmin formalaşdırılmasını tələb edir. Qeyd olunub ki, hər il 460 milyon ton plastik istehsal olunur və bu rəqəm 2060-cı ilə qədər üç dəfə arta bilər.

Hazırda 95 ölkə plastik çirklənməyə qarşı konkret tədbirlərin görülməsini nəzərdə tutan “Gözəl zəng” adlı təşəbbüsə imza atıb.

Qeyd edək ki, iyunun 13-dək davam edəcək konfransda iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxması, həddindən artıq və qeyri-qanuni balıq ovuna qarşı mübarizə kimi digər qlobal çağırışlar da müzakirə edilir. Bu, 2017 və 2022-ci illərdə keçirilmiş ilk iki Okean Konfransının davamıdır.

Məqalədə: #BMT #mikroplastiklər #İqlim dəyişikliyi və okeanlar #mikroplastik çirklənmə #okeanda mikroplastiklər #okeanların ekoloji fəlakəti #okean iqlim dəyişikliyi #okean mühafizəsi #Okean Konfransı (UNOC3)

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.