9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Fransız həkimlərdən çörək, taxıl və kartofla bağlı təhlükə xəbərdarlığı

28 İyun 2025 11:45
Fransız həkimlərdən çörək, taxıl və kartofla bağlı təhlükə xəbərdarlığı

BAKI, AzerVoice

Fransalı tibb mütəxəssisləri gündəlik istehlak edilən çörək, taxıl və kartof kimi qida məhsullarında zəhərli ağır metal olan kadmiyumun yüksək səviyyədə mövcudluğu ilə bağlı ciddi xəbərdarlıq yayıblar.

AzerVoice xəbər verir ki, onlar bu maddənin uzunmüddətli sağlamlıq fəsadlarına səbəb olduğunu bildiriblər.

Fransa Tibb Mütəxəssisləri Assosiasiyasının (URPS) hökumətə ünvanladığı məktubda qeyd olunur ki, kadmiyumun qida vasitəsilə qəbul səviyyəsi xüsusilə azyaşlı uşaqlarda təhlükəli həddə çatır. Assosiasiya bəyan edib ki, bu metal tərkibli qidalara davamlı məruzqalma uşaqlarda gələcəkdə xərçəng, sonsuzluq, böyrək və sümük xəstəlikləri, eləcə də nevroloji pozuntular kimi ağır fəsadlara yol aça bilər.

Fransa Qida və Ətraf Mühitin Təhlükəsizliyi Agentliyinin (ANSES) məlumatına görə, böyüklərdə pəhrizlərin yalnız 0,6 faizində kadmiyum normanı aşsa da, bu göstərici 3–17 yaşlı uşaqlarda 14 faizə, 3 yaşdan aşağı körpələrdə isə 36 faizə qədər yüksəlir.

Ağır metal olan kadmiyum torpaqda təbii şəkildə mövcud olur və əsasən fosfat gübrələri vasitəsilə qida zəncirinə daxil olur. Siqaret də kadmiyum mənbəyi olsa da, insanların bu maddəyə ən çox məruz qaldığı yol gündəlik qidalardır.

Avropa İttifaqı 60 mq/kq-dan çox kadmiyum ehtiva edən gübrələrin istifadəsini qadağan etsə də, Fransada bu sahədə əlavə məhdudiyyətlər tətbiq edilməyib. 2000–2022-ci illər arasında Aİ-də bu metal ilə bağlı ən çox çirklənmə faktı İtaliyadan qeydə alınıb. Onu İspaniya, Almaniya, Fransa və Polşa izləyib.

Həkimlər bildirirlər ki, kadmiyum bədəndə uzun illər qalaraq tədricən yığılır və onun zəhərli təsirləri çox gec – bəzən on illər sonra üzə çıxır. Bu səbəbdən, gündəlik qidalanma yolu ilə bu maddəyə məruz qalmanın qarşısını almaq üçün dərhal tədbir görülməsi həyati əhəmiyyət kəsb edir.

Məqalədə: #Fransa #taxıl #sağlam qida #sağlamlıq #Elmi araşdırma #elmi tədqiqat #qeyri-sağlam qida

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
19:37
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.