Sahurda bu səhvi etmə! Gün boyu peşman olacaqsan…
Ramazan ayında oruc tutanlar üçün sahur yeməyi gün boyu enerji səviyyəsini qorumaq və susuzluğun qarşısını almaq baxımından çox önəmlidir. Lakin bəzi qidalar səhvən istehlak edildikdə aclıq və susuzluğu artıraraq oruc tutmağı çətinləşdirə bilər. Bu məqalədə sahurda yeməməli olduğumuz qidalar haqqında danışacağıq.
Sağlam qidalanmanın tək ünvanı – Neroli 3 yaşını qeyd edir
Dünyada sürətlə artan əhali və urbanizasiya, qida istehlakı ilə bağlı ciddi problemləri gündəmə gətirir. Qida sənayesi tələbatı qarşılamaq üçün çox vaxt kimyəvi qatqılardan və qeyri-təbii vasitələrdən istifadə etməyə məcbur qalır. Bu səbəbdən təbii və sağlam qida anlayışı son illərin qlobal müzakirə mövzularından birinə çevrilib. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən NEROLİ şirkəti isə sağlam məhsulların istehsalı ilə seçilən yerli brendlərdən biridir.
İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır
İngiltərədə aparılan yeni araşdırma, restoran və kafelərin menyularına əlavə edilən kalori etiketlərinin obezliklə mübarizədə nəzərdə tutulduğu qədər effektiv olmadığını ortaya qoyub. 2022-ci ildə İngiltərə böyük restoranlar, kafe və fast food şəbəkələrinin menyularında kalori etiketlərini göstərmələrini məcburi etmişdi. Məqsəd, istehlakçıları daha sağlam seçimlərə yönəltmək idi.
Dünyada kök uşaqların sayı arıq uşaqları keçib - UNICEF
UNICEF-in yeni hesabatına görə, dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını ötüb. 5–19 yaş arası təxminən 188 milyon uşaq kökdür. Mütəxəssislər, ənənəvi qidalanma vərdişlərinin yerini ucuz və emal olunmuş qidaların almasının ciddi risk yaratdığını vurğulayırlar. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaqların sağlamlığı ilə bağlı diqqətçəkən məlumatlar yayımlayıb. Dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını keçib.
Qan təzyiqinə intensiv nəzarət infarkt və insult riskini azaldır
Çinli mütəxəssislərin rəhbərlik etdiyi tədqiqat qrupu Çin, Kanada və ABŞ-da aparılmış altı klinik araşdırmanın nəticələrini birləşdirib. Təxminən 80 min nəfərin məlumatları üzərində aparılan analiz bu sahədə indiyədək edilən ən əhatəli iş hesab olunur.
Kivi Aİ-dən Sağlamlıq Təsdiqi Alan İlk Meyvə Olub
Avropa Komissiyası “kivi istehlakının defekasiya tezliyini artıraraq normal bağırsaq funksiyasına töhfə verdiyi” yönündəki sağlamlıq iddiasına onay verib. Bu qərarla kivi, Aİ tərəfindən sağlamlıq faydaları tanınan ilk təzə meyvə statusunu qazandı.
Yuxunu yaxşılaşdırmaq üçün əsas qidalanma qaydaları açıqlanıb
Maxan vurğulayıb ki, əksər dietoloqlar yuxudan əvvəl karbohidrat qəbulunu məsləhət görmür. Lakin bəzi araşdırmalar göstərir ki, karbohidratla zəngin axşam yeməkləri insanın daha tez yuxuya getməsinə kömək edə bilər. Yağlı qidalarla bağlı da ziddiyyətli nəticələr var: bir tərəfdən yağlı yemək daha doydurucu olduğu üçün sakit yuxunu dəstəkləyə bilər, digər tərəfdən isə yüksək yağlı pəhrizlər yuxunun müddətini azalda bilər.
Matcha populyarlığı - Kyotoda istehsal rekord saydadır
İngiltərədə Starbucks lattelərindən Sinqapurdakı donutlara qədər geniş istifadə olunan matcha sosial mediada da trend mövzusuna çevrilib. “Matcha Tok” həştəqi on milyonlarla baxış qazanıb.
Qızardılmış kartof diabet riskini 27 faiz artırır
Yeni aparılan və British Medical Journal jurnalında dərc edilən genişmiqyaslı araşdırma qızardılmış kartofun 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə yüksəltdiyini göstərib. Həftədə üç dəfə qızardılmış kartof yemək bu riski 20 faiz, beş dəfə yemək isə 27 faiz artırır. Eyni zamanda, qaynadılmış, bişmiş və ya kartof püresi kimi variantlar eyni tezlikdə istehlak edildikdə risk cəmi 5 faiz yüksəlir.
Sadə və effektiv sağlamlıq metodu sosial mediada trendə çevrilib
Sosial mediada son dövrlərdə populyarlaşan “Yapon yürüşü” adlı fitness metodu, həm fiziki gücü artırmaq, həm də zehni sağlamlığı dəstəkləmək baxımından mütəxəssislərin diqqətini cəlb edib.
Beyin yeməyi xatırlamasa, bədən daha qida çox tələb edir
Araşdırmalar göstərir ki, nahar kimi əsas yeməkləri atlamaq yaddaş pozuntularına və həddindən artıq yeməyə səbəb ola bilər.