12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Kivi Aİ-dən Sağlamlıq Təsdiqi Alan İlk Meyvə Olub

Avropa Komissiyası “kivi istehlakının defekasiya tezliyini artıraraq normal bağırsaq funksiyasına töhfə verdiyi” yönündəki sağlamlıq iddiasına onay verib. Bu qərarla kivi, Aİ tərəfindən sağlamlıq faydaları tanınan ilk təzə meyvə statusunu qazandı.

24 Avqust 2025 14:14
Kivi Aİ-dən Sağlamlıq Təsdiqi Alan İlk Meyvə Olub

BAKI, AzerVoice, Fərid Mikayılov

Kivinin həzm sisteminə faydaları Avropa İttifaqı (Aİ) tərəfindən rəsmi şəkildə təsdiqlənib.

Avropa Komissiyası “kivi istehlakının defekasiya tezliyini artıraraq normal bağırsaq funksiyasına töhfə verdiyi” yönündəki sağlamlıq iddiasına onay verib. Bu qərarla kivi, Aİ tərəfindən sağlamlıq faydaları tanınan ilk təzə meyvə statusunu qazandı.

Qərar, dünyanın ən böyük kivi ixracatçısı və bazarın üçdə birinə nəzarət edən Yeni Zelandiya mərkəzli Zespri International Limited şirkətinin müraciəti əsasında qəbul olunub. Şirkətin təqdim etdiyi, 15 ildən artıq davam edən elmi araşdırmalar gündə iki kivi istehlakının bağırsaq hərəkətlərini normallaşdırdığını ortaya qoyub.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) 2021-ci ildə verdiyi elmi rəydə kivi ilə həzm sisteminin fəaliyyəti arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləmişdi. Komissiya bu rəy əsasında istehlakçı üçün daha aydın olan “defekasiya tezliyini artırır” ifadəsini təsdiqləyərək qərarı rəsmiləşdirdi.

Aİ-də qida məhsullarına sağlamlıq iddiası vermək ciddi elmi testlərdən keçməlidir. Son 5 ildə yalnız üç belə iddia qəbul olunub və müraciətlərin böyük əksəriyyəti rədd edilib.

Daha əvvəl qəbul edilmiş iddialar arasında “kalsium normal sümük inkişafı üçün vacibdir” və “C vitamini immunitet sisteminin normal fəaliyyətini dəstəkləyir” kimi bəyanatlar yer alıb. Lakin probiyotiklər və bir çox bitki əsaslı məhsullar hələ də Aİ tərəfindən rəsmi tanınmayıb.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Avropa Komissiyası #sağlam qida #sağlamlıq #sağlam qidalanma tövsiyələri #qida təhlükəsizliyi #Kivi #Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) #ka

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
19:55
Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq
Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq
19:49
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
19:46
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
19:42
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.