7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qızardılmış kartof diabet riskini 27 faiz artırır

Yeni aparılan və British Medical Journal jurnalında dərc edilən genişmiqyaslı araşdırma qızardılmış kartofun 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə yüksəltdiyini göstərib. Həftədə üç dəfə qızardılmış kartof yemək bu riski 20 faiz, beş dəfə yemək isə 27 faiz artırır. Eyni zamanda, qaynadılmış, bişmiş və ya kartof püresi kimi variantlar eyni tezlikdə istehlak edildikdə risk cəmi 5 faiz yüksəlir.

9 Avqust 2025 15:00
Qızardılmış kartof diabet riskini 27 faiz artırır

BAKI, Azervoice, Nərmin Ağayeva

Qızardılmış kartof istehlakı 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə artırır.

Azervoice xəbər verir ki, yeni aparılan və British Medical Journal jurnalında dərc edilən genişmiqyaslı araşdırma qızardılmış kartofun 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə yüksəltdiyini göstərib. Həftədə üç dəfə qızardılmış kartof yemək bu riski 20 faiz, beş dəfə yemək isə 27 faiz artırır. Eyni zamanda, qaynadılmış, bişmiş və ya kartof püresi kimi variantlar eyni tezlikdə istehlak edildikdə risk cəmi 5 faiz yüksəlir.

Tədqiqata Harvard Universitetinin ictimai səhiyyə üzrə eksperti Seyid Məhəmməd Musəvi rəhbərlik edib. 1984–2021-ci illər arasında hər dörd ildən bir 205 min tibb işçisinin doldurduğu pəhriz sorğuları əsasında aparılan araşdırma, qızardılmış kartofun tərkibindəki nişastanın artması, qida dəyərinin azalması və istifadə edilən yağların şəkər riski baxımından təhlükəli olduğunu üzə çıxarıb.

Alimlər qeyd edir ki, kartofun təbii formada istifadəsi zərərli deyil, əsas təhlükə onun necə bişirilməsindədir. Qızartma zamanı əlavə olunan duz və yağlar da glisemik yükü artıraraq diabet riskini yüksəldir.

Tədqiqat göstərib ki, kartofun tam taxıllarla əvəz edilməsi bu riski 8 faiz, cips əvəzinə tam taxıl istehlakı isə 19 faiz azalda bilər. Lakin ağ düyü ilə əvəz edilməsi əks təsir göstərir və riskin artmasına səbəb ola bilər.

Mütəxəssis Dr. Kawther Hashem-in fikrincə, “Kartof düşmən deyil, bişirmə üsulu önəmlidir.” Onun sözlərinə görə, qaynadılmış və ya sobada bişmiş kartof lif, C vitamini və kalium baxımından faydalı ola bilər. Alternativ olaraq şirin kartof, bulqur, tam buğdalı makaron və qəhvəyi düyü kimi qidalar uzunmüddətli sağlam seçimlər hesab olunur.

Qeyd edək ki, araşdırma müşahidə xarakteri daşıyır və birbaşa səbəb-nəticə əlaqəsi yaratmır. Lakin nəticələr, xüsusilə də qızardılmış qidaların diabetlə əlaqəsi barədə mövcud elmi fikirlərlə üst-üstə düşür. İngiltərədəki diabet xəstələrinin təxminən 90 faizi 2-ci tip diabetdən əziyyət çəkir və bu, əsasən həyat tərzi və pəhrizlə bağlıdır.

Məqalədə: #sağlam qida #qida sektoru #düzgün qidalanma #qida məhsulları #Bunu bilirsinizmi? #diabet #diabet müalicəsi dərmanları #qızardılmış kartof

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Səudiyyədə ən çox nəyə pul xərclənir? – Həftəlik xərcləmə statistikası
Səudiyyə Ərəbistanı

Səudiyyədə ən çox nəyə pul xərclənir? – Həftəlik xərcləmə statistikası

14 Avqust 15:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.