9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Qan təzyiqinə intensiv nəzarət infarkt və insult riskini azaldır

Çinli mütəxəssislərin rəhbərlik etdiyi tədqiqat qrupu Çin, Kanada və ABŞ-da aparılmış altı klinik araşdırmanın nəticələrini birləşdirib. Təxminən 80 min nəfərin məlumatları üzərində aparılan analiz bu sahədə indiyədək edilən ən əhatəli iş hesab olunur.

7 Sentyabr 2025 12:00
Qan təzyiqinə intensiv nəzarət infarkt və insult riskini azaldır

BAKI,AzerVoice, Fərid Mikayılov

Yüksək qan təzyiqinə qarşı intensiv mübarizə, ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini göstərib.

Çinli mütəxəssislərin rəhbərlik etdiyi tədqiqat qrupu Çin, Kanada və ABŞ-da aparılmış altı klinik araşdırmanın nəticələrini birləşdirib. Təxminən 80 min nəfərin məlumatları üzərində aparılan analiz bu sahədə indiyədək edilən ən əhatəli iş hesab olunur.

Nəticələrə görə, dərman müalicəsi ilə yanaşı kilo vermək, siqareti tərgitmək və sağlam qidalanmaq kimi həyat tərzi dəyişikliklərini həyata keçirən, sistolik qan təzyiqini 120–130 mm civarına qədər endirən şəxslərdə infarkt, insult və ürək-damar mənşəli ölüm halları standart müalicə alanlara nisbətən əhəmiyyətli dərəcədə az qeydə alınıb.

Eyni zamanda, intensiv nəzarət tətbiq edilən xəstələrdə başgicəllənmə, huşunu itirmə, böyrək funksiyası problemləri və ürək ritmində pozulmalar kimi yan təsirlərin daha çox müşahidə olunduğu vurğulanıb.

Bu səbəbdən mütəxəssislər arasında fikir ayrılığı qalır: bəzi həkimlər qan təzyiqinin həddindən artıq aşağı salınmasının, xüsusən yaşlı xəstələrdə yıxılma riskini artıra biləcəyini bildirirlər.

Araşdırmanın müəllifləri nəticələrin qan təzyiqinə intensiv nəzarətin “aydın faydasını” sübut etdiyini qeyd ediblər. Onlar həkimlərə hər bir xəstənin vəziyyətini nəzərə alaraq fərdi müalicə strategiyalarından istifadə etməyi tövsiyə ediblər. Bu yanaşma həm həddindən artıq, həm də yetersiz müalicədən qaçmağa imkan verə bilər.

Məqalədə: #sağlam qida #düzgün qidalanma #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #Ürək-damar xəstəlikləri #yüksək qan təzyiqi

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.