5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət-ArabAZ
  • Hərbi İnnovasiyalar-ArabAZ
  • Digər Dövlətlər-ArabAZ
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət-ArabaZ
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət-ArabaZ Maraqlı faktlar-ArabAZ
Maraqlı faktlar-ArabAZ

Yuxunu yaxşılaşdırmaq üçün əsas qidalanma qaydaları açıqlanıb

Maxan vurğulayıb ki, əksər dietoloqlar yuxudan əvvəl karbohidrat qəbulunu məsləhət görmür. Lakin bəzi araşdırmalar göstərir ki, karbohidratla zəngin axşam yeməkləri insanın daha tez yuxuya getməsinə kömək edə bilər. Yağlı qidalarla bağlı da ziddiyyətli nəticələr var: bir tərəfdən yağlı yemək daha doydurucu olduğu üçün sakit yuxunu dəstəkləyə bilər, digər tərəfdən isə yüksək yağlı pəhrizlər yuxunun müddətini azalda bilər.

23 Avqust 2025 14:14
Yuxunu yaxşılaşdırmaq üçün əsas qidalanma qaydaları açıqlanıb

BAKI,AzerVoice, Fərid Mikayılov

Yuxu üçün tamamilə faydalı və ya zərərli hesab edilən qidalar mövcud deyil. Bu fikri britaniyalı dietoloq Elizabet Maxan bildirib. Onun sözlərinə görə, əsas məsələ düzgün qidalanma qaydalarına riayət etməkdir.

Maxan vurğulayıb ki, əksər dietoloqlar yuxudan əvvəl karbohidrat qəbulunu məsləhət görmür. Lakin bəzi araşdırmalar göstərir ki, karbohidratla zəngin axşam yeməkləri insanın daha tez yuxuya getməsinə kömək edə bilər. Yağlı qidalarla bağlı da ziddiyyətli nəticələr var: bir tərəfdən yağlı yemək daha doydurucu olduğu üçün sakit yuxunu dəstəkləyə bilər, digər tərəfdən isə yüksək yağlı pəhrizlər yuxunun müddətini azalda bilər.

Dietoloqun sözlərinə görə, axşam yeməklərində tərəvəzlər ən faydalı seçimdir. Onlar həzmi yavaşladır, faydalı maddələrin daha yaxşı mənimsənilməsinə kömək edir və gecəyarısı aclıq hissinin qarşısını alır.

Maxan əlavə edib ki, yumurta, tofun, qızılbalıq, süd, qoz-fındıq və toxumlar kimi məhsullar triptofanla zəngindir. Bu maddə yuxu hormonu melatoninin sintezində iştirak edir. Lakin dietoloq xəbərdarlıq edib ki, yalnız bu qidalara güvənmək düzgün deyil.

“Melatoninin tənzimlənməsi üçün işıq daha vacibdir. Əgər parlaq işıq altında oturursunuzsa, orqanizm melatonin ifraz etməyəcək”- deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl qastroenteroloq Sergey Vyalyov yuxunu yaxşılaşdıran məhsulları sadalamışdı. Onun sözlərinə görə, bananlar əzələ gərginliyini azaldır, isti süd isə sinir sistemini sakitləşdirir.

Məqalədə: #sağlam qida #düzgün qidalanma #qeyri-sağlam qida #Bunu bilirsinizmi? #Sağlam qidalanma #Sağlam həyat tərzi #sağlam qidalanma tövsiyələri #yuxu haqqında maraqlı faktlar

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar-ArabAZ

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb
Redaktorun Seçimi

Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

30 Avqust 14:00
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar-ArabAZ

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət-ArabAZ
  • Hərbi İnnovasiyalar-ArabAZ
  • Digər Dövlətlər-ArabAZ

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.