14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran və Avropa ölkələri nüvə müzakirələri üçün İstanbulda görüşür

İran ilə İngiltərə, Fransa və Almaniya arasında nüvə fəaliyyətlərinə dair müzakirələr çərçivəsində heyətlər ikinci dəfə İranın İstanbul Başkonsolosluğunda görüşüb.

25 İyul 2025 11:48
İran və Avropa ölkələri nüvə müzakirələri üçün İstanbulda görüşür

BAKI, AzerVoice

İran ilə İngiltərə, Fransa və Almaniya arasında nüvə fəaliyyətlərinə dair müzakirələr çərçivəsində heyətlər ikinci dəfə İranın İstanbul Başkonsolosluğunda görüşüb.

AzerVoice xəbər verir ki, tərəflər nüvə proqramının cari vəziyyətini və mümkün əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün bir araya gəlib.

Nümayəndə heyətlərini daşıyan maşınlar İranın İstanbuldakı Baş Konsulluğuna daxil olub.

Görüşlər mətbuata bağlı qapılar arxasında keçirilir.

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşlərdə İranı xarici işlər nazirinin müavinləri Məcid Təhtrevançi və Kazım Qəribabadi təmsil edirlər.

İran və “E3” olaraq tanınan nüvə anlaşmasının Avropa tərəfləri — Böyük Britaniya, Fransa və Almaniya — 16 mayda da İstanbulda xarici işlər nazir müavinləri səviyyəsində görüş keçirmişdilər. Tərəflər, ABŞ ilə İran arasında davam edən danışıqlarla paralel olaraq müzakirələrin davam etdirilməsi barədə razılığa gəlmişdi.

Qeyd edək ki, İran ilə ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda, İsrail 13 iyun tarixində İrana hücuma başlayıb və nəticədə həm ABŞ, həm də Avropa ilə olan danışıqlar prosesi dayandırılmışdı.

İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə ləğv edilən BMT sanksiyalarının yenidən tətbiqinə səbəb ola biləcək “tetik mexanizmi (snapback)” adlanan maddənin Avropa ölkələri tərəfindən işə salınmasından narahatdır. Qeyd olunan mexanizmin müddəti 18 oktyabrda başa çatır. İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunmasa, Avropa ölkələrinin bu tarixdən əvvəl mexanizmi işə sala biləcəyi ehtimal olunur.

2015-ci il nüvə sazişi və "tetik mexanizmi"

İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında 14 iyul 2015-ci ildə imzalanan razılaşma çərçivəsində, sanksiyaların ləğvi qarşılığında İranın nüvə fəaliyyətləri məhdudlaşdırılmışdı. ABŞ 2018-ci ildə bu sazişdən birtərəfli qaydada çıxmış və İrana qarşı sanksiyaları bərpa etmişdi. İran Avropa ölkələrindən ABŞ-ın sanksiyalarını kompensasiya edəcək tədbirlər görmələrini tələb etsə də, onlar yalnız bu addımı tənqid etmiş, lakin konkret tədbir görməmişdilər.

Bunun nəticəsində İran bir il sonra saziş üzrə öhdəliklərini mərhələli şəkildə dayandırmağa başlayıb və daha sonra yüksək səviyyəli uran zənginləşdirmə fəaliyyətlərinə yönəlmişdi.

Böyük Britaniya, Fransa və Almaniya isə ABŞ-ın birtərəfli çıxışından sonra artıq qüvvədə olmayan nüvə sazişində yer alan və “snapback” adlandırılan — İrana qarşı sazişin pozulması səbəbi ilə BMT sanksiyalarının bərpasını mümkün edən — maddəni işə salmaqla hədələyir.

İranın Xarici İşlər naziri Abbas Əraqçi isə Avropa tərəflərinin “sazişin əsaslarını pozduqları” və “sazişdəki iştirakçı statuslarını itirdikləri” üçün bu mexanizmi işə salmaq üçün hüquqi əsaslarının olmadığını bildirib.

Məqalədə: #Türkiyə #İran #İstanbul #Almaniya #Fransa #İngiltərə #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #İranın nüvə danışıqları #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #ABŞ-İran arasında nüvə danışıqları #İran nüvə təhlükəsi #İsrail İran hücumu 2025 #ABŞ-İsrail-İran üçbucağı

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
21:57
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
21:50
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
21:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.