10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qəzzəyə “humanitar yardım”- xaosun içində artan aclıq

Qəzzədə baş verənlər İsrailin məqsədli şəkildə xaos yaymağa və aclığı planlı şəkildə idarə etməyə çalışdığını sübut edir. Yardımların qəsdən əhaliyə və anbarlara çatmasına imkan verilmir – bu isə beynəlxalq hüquqa zidd olaraq mülki əhaliyə qarşı sistemli bir cinayətdir.

31 İyul 2025 09:00
Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq

BAKI, AzerVoice

Qəzzə zolağına məhdud və yetərsiz şəkildə humanitar yardımların daxil olmasına baxmayaraq, bu yardımlardan ən çox faydalananlar – beynəlxalq və yerli qurumların təsdiqlədiyi kimi – ehtiyacı olan insanlar deyil, qarətçilər, silahlı dəstələr və təşkilatlanmış oğrulardır.

Yardımların çatdırılması prosesi hazırda Qəzzədə hökm sürən xaotik vəziyyət səbəbilə sistematik şəkildə pozulur. HƏMAS hökumətinin bütün səylərinə baxmayaraq, İsrailin dəfələrlə hökumət strukturlarını və silahlı birləşmələri hədəfə alması nəticəsində bölgədə təhlükəsizlik və nizam təmin edilə bilmir.

Sonuncu hadisə bazar ertəsi axşam saatlarında baş verib – Zikim keçid məntəqəsindən daxil olan yardımları qorumağa çalışan qəbilə və ailə birləşmələrinin üzvləri İsrail ordusu tərəfindən bombalanıb. Nəticədə 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Bu bombardman yardımların tam giriş anında baş verdiyindən, silahlı dəstələr və qarətçilər dərhal hərəkətə keçərək yardımları talan ediblər.

Yardım maşınları talan edilir, ehtiyacı olanlar geri çəkilir

Misirdən daxil olan yardım maşınları, hətta Qəzzədəki misirli və xristian icmalarına ayrılmış yardımları belə, ünvanına çatdıra bilməyib – çünki həmin yardımlar yolda oğurlanıb və talan edilib.

Yerində müşahidələrə əsasən, hava yolu ilə atılan yardımların da böyük əksəriyyəti oğurlanır. Yalnız çox kiçik bir hissəsini bəzi vətəndaşlar ailələrini aclıqdan xilas etmək ümidi ilə ağır mübarizə apararaq ələ keçirə bilir. Onlar çox zaman bu yardımlara çatmaq üçün qarətçi dəstələrlə qarşıdurmalara girməli olurlar.

Qəzzə sakini Cəmil Həsnə, Şeyx Rıdvan məhəlləsindən çıxaraq dörd gün ərzində 3 kilometrlik məsafəni piyada qət edərək un (25 kq-lıq çuval) əldə etməyə çalışdığını bildirib. Bu səylərin yalnız birində uğur qazansa da, həmin unun da bir qrup qarətçi tərəfindən zorakılıqla əlindən alındığını deyib. Həsnə əlavə edib ki, bir neçə gün əvvəl yardım gözləyən gənclərin yanında top mərmisinin partlaması nəticəsində də ölümlə üz-üzə qalıb.

Təşkilatlanmış talançılıq və “yardım bazarları”

Yardım yük maşınları oğurlandıqdan sonra onların məzmunu yüksək qiymətlərlə Qəzzənin müxtəlif bazarlarında satışa çıxarılır. Dövlət və özəl sektorda çalışan əməkdaşlar bu məhsulları almaqda çətinlik çəkir – həm qiymətlər çox bahadır, həm də bankların işləməməsi səbəbindən nağd vəsait qıtlığı yaşanır.

Bir çox hallarda, bank tətbiqlərindəki elektron pul vəsaitini nağd pula çevirmək üçün 48 faizədək komissiya tutulur, yəni 100 dollar qarşılığında yalnız 52 dollar əldə etmək mümkündür.

Qəzzənin Səbrə bölgəsindən olan dövlət qulluqçusu Əhməd əl-Məğribi belə vəziyyəti belə təsvir edir:

“Həyatımızın hər tərəfini qarətçilər idarə edir – yeməyimiz, pulumuz, ümumiyyətlə yaşamağımız onların əlindədir. Ona görə də bu vəziyyətdən qurtulmağın yeganə yolu miqrasiya etməkdir.”

Əl-Məğribi əlavə edir ki, bu qarətçi dəstələr bəzi iş adamları və ticarətçilər tərəfindən maliyyələşdirilir və ehtimal ki, yardımların düşdüyü yerləri öncədən bilirlər. Bəziləri hətta onların İsrail ilə koordinasiya içində hərəkət etdiyini düşünür.

Yardım bazarında qiymət "rekordları"

Yardımlar oğurlandıqdan sonra bazarlarda yüksək qiymətlərlə satılır. Son günlərdə:

  • 1 kq şəkərin qiyməti 130 dollara,
  • hazır konserv yeməklər 44–60 dollar arası,
  • bir qutu uşaq südü 69 dollar,
  • bir ədəd uşaq bezi (pampers) isə 4 dollar təşkil edir.

Ümumdünya Ərzaq Proqramı bildirib ki, bazar ertəsi Qəzzəyə daxil olan 55 yardım maşını sakinlərin hücumuna məruz qalıb və yüklər ələ keçirilib. Təşkilat qeyd edir ki, hazırda yardımların paylanması prosesində heç bir irəliləyiş yoxdur və alternativ yollarla yardım çatdırılmasına da icazə verilmir.

İsrailin “yardım teatrı” və acı reallıq

Beyt Lahiyədən olan və hazırda Qəzzə şəhərində müvəqqəti yaşayan Nisrin əl-Asi, İsrailin yardım məsələsini bir “səhnələşdirilmiş tamaşa” kimi istifadə etdiyini bildirir. Onun sözlərinə görə, İsrail beynəlxalq ictimaiyyətə yardımın daxil olmasına icazə verdiyini göstərmək istəsə də, əslində aclığı idarə edərək xaosu dərinləşdirir və yardımın əsl ehtiyac sahiblərinə çatmasına bilərəkdən mane olur.

Qəzzənin Hökumət Media Ofisi isə bildirir ki, daxil olan yardım maşınlarının əksəriyyəti sistemli şəkildə talan edilir. Hava yoluyla atılan yardımların isə miqdarı gündə yarım yük maşını qədər belə olmur və bir çoxu təhlükəli "qırmızı zonalara" düşür.

“Qəzzədə baş verənlər İsrailin məqsədli şəkildə xaos yaymağa və aclığı planlı şəkildə idarə etməyə çalışdığını sübut edir. Yardımların qəsdən əhaliyə və anbarlara çatmasına imkan verilmir – bu isə beynəlxalq hüquqa zidd olaraq mülki əhaliyə qarşı sistemli bir cinayətdir.”-deyə rəsmi bəyanatda qeyd olunur.

Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq
Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #Qəzzədə aclıq

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.