9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri çəkib

Makqreqor 2018-ci ildə qadına qarşı zorakılıq ittihamı ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiyanı uduzmuşdu. Məhkəmə ona 250 min avro təzminat və 1,3 milyon avro məhkəmə xərclərini ödəməyi məcburi etmişdi. Bundan sonra idmançı konstitusiyaya dəyişiklik edilməsi üçün petisiya başladaraq, məhkumluğuna baxmayaraq prezidentliyə namizəd olmaq istəyini gündəmə gətirmişdi.

15 Sentyabr 2025 13:11
Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri çəkib

BAKI,AzerVoice, Fərid Mikayılov

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor İrlandiya prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Makqreqor X hesabında yayımladığı bəyanatda ailəsi ilə müzakirələrdən sonra bu qərarı verdiyini bildirib.

“Bu seçkilərdə namizədliyimi geri götürürəm. Qərar çətin idi, lakin indiki mərhələdə düzgün olduğuna inanıram. Bu son deyil – gələcəkdə yenidən kampaniya apararaq sizin hüquqlarınızı müdafiə edəcəyəm”- deyə o bildirib.

İrlandiyada prezident seçkiləri 2025-ci il noyabrın 11-də keçiriləcək. 2011-ci ildən bu vəzifəni Mişel Higgins icra edir.

Makqreqor 2018-ci ildə qadına qarşı zorakılıq ittihamı ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiyanı uduzmuşdu. Məhkəmə ona 250 min avro təzminat və 1,3 milyon avro məhkəmə xərclərini ödəməyi məcburi etmişdi. Bundan sonra idmançı konstitusiyaya dəyişiklik edilməsi üçün petisiya başladaraq, məhkumluğuna baxmayaraq prezidentliyə namizəd olmaq istəyini gündəmə gətirmişdi.

Qeyd edək ki, Makqreqor 2013-cü ildə UFC-də debüt edib və 14 döyüş keçirib. 2016-cı ildə o, UFC tarixində eyni anda iki çəki dərəcəsində çempion titulunu qazanan ilk döyüşçü olub. Onun son döyüşü 2021-ci ilin iyulunda ABŞ-da UFC 264 turnirində Dastin Poryeyə qarşı baş tutub. Makqreqor ilk raundda ayağından aldığı zədə səbəbindən texniki məğlubiyyətlə uduzub.

Məqalədə: #İrlandiya #prezident seçkiləri #UFC #Konor Makqreqor #UFC çempionu #UFC xəbərləri #Dastin Porye #İrlandiyada prezident seçkiləri

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.