BAKI, AzerVoice, Nailə Babazadə
İsrailin mülki şəxslərə qarşı güc tətbiqi beynəlxalq hüquqa ziddir - BMT
Təbii ki, mülki şəxslərə qarşı ölümcül güc tətbiqi beynəlxalq insan hüquqları və humanitar hüquqa ziddir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir. BMT Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Şöbəsinin müdiri Rolando Gomez BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransında sualları cavablandırıb. “(Mülki şəxslərə qarşı güc tətbiqi) Biz bunu davamlı olaraq deyirik. Dünyanın müxtəlif bölgələrindəki bir çox münaqişə zonaları üçün bunu söyləyirik. Bu, BMT-nin qəti mövqeyidir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir.” - deyə o qeyd edib.