5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Fransada evsizlərin sayı 350 minə çatıb

Hökumət böhranlarının yaşandığı və iqtidarın əhalinin mənzil problemi ilə bağlı ciddi tədbirlər görməməsi ilə tənqid olunduğu Fransada evsizlərin sayı ötən illə müqayisədə 20 min nəfər artaraq 350 minə çatıb. Fransa mənşəli yardım təşkilatı – əvvəlki adı ilə "Abbe Pierre", yeni adı ilə "Yoxsullar üçün Mənzil Fondu"nun 2025-ci il üzrə hesabatına görə, ölkədə mənzil tikintisindəki durğunluq, kirayə qiymətlərinin yüksək olması və yoxsul təbəqənin mənzil probleminin həllinə yönəlik ciddi addımların atılmaması evsizlərin sayının artmasına səbəb olub.

9 Oktyabr 2025 13:45
Fransada evsizlərin sayı 350 minə çatıb

BAKI, AzerVoice, Nailə Babazadə

Hökumət böhranlarının yaşandığı və iqtidarın əhalinin mənzil problemi ilə bağlı ciddi tədbirlər görməməsi ilə tənqid olunduğu Fransada evsizlərin sayı ötən illə müqayisədə 20 min nəfər artaraq 350 minə çatıb.

AzerVoice xəbər verir ki, Fransa mənşəli yardım təşkilatı – əvvəlki adı ilə "Abbe Pierre", yeni adı ilə "Yoxsullar üçün Mənzil Fondu"nun 2025-ci il üzrə hesabatına görə, ölkədə mənzil tikintisindəki durğunluq, kirayə qiymətlərinin yüksək olması və yoxsul təbəqənin mənzil probleminin həllinə yönəlik ciddi addımların atılmaması evsizlərin sayının artmasına səbəb olub.

Hesabatda qeyd olunub ki, Fransada hazırda 2,7 milyon insan sosial mənzil gözləyir. 2023-cü ildə isə bu kateqoriyaya yalnız 393 min nəfər mənzil verilib.

Hesabatda bu günə qədər mənzil böhranının həlli üçün nəzərəçarpacaq addımların atılmadığı vurğulanıb. Hökumət böhranlarının davam etməsi və siyasi iradə çatışmazlığı bu problemin daha da dərinləşməsi riskini artırır.

Evsizliklə bağlı statistikaya da toxunulan sənəddə qeyd olunur ki, 2002–2022-ci illər arasında evsizlərin sayı 1,3 dəfə artıb. Ötən il evsizlərin sayı 330 min idisə, bu il rəqəm 350 minə yüksəlib.

Məqalədə: #Fransa #Evsizlik #ABŞ evsiz düşərgələri #Fransa hökuməti #Fransada sosial problemlər #Paris evsizlik problemi #Yoxsullar üçün Mənzil Fondu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.