9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropa İttifaqı 2028-ci ildən Rusiyadan qaz idxalını tam dayandıracaq

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib. Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.

20 Oktyabr 2025 15:30
Avropa İttifaqı 2028-ci ildən Rusiyadan qaz idxalını tam dayandıracaq

BAKI, AzerVoice, Fərid Mikayılov

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib.

AzerVoice xəbər verir ki, Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.

Bəyan edilib ki, üzv ölkələr bu qərarla Rusiyadan enerji asılılığını aradan qaldırmaq və enerji təhlükəsizliyini gücləndirmək məqsədilə hərəkət edir. Təklif edilən yeni qaydalara əsasən, 1 yanvar 2028-dən etibarən Rusiyadan qaz idxalı tam qadağan ediləcək.

Yeni plana görə, 1 yanvar 2026-dan yeni qaz müqavilələrinin bağlanması, 17 iyun 2026-dan qısamüddətli müqavilələr, 1 yanvar 2028-dən isə uzunmüddətli müqavilələr üzrə idxal dayandırılacaq.

Bununla yanaşı, qaz təchizatında çətinliklə üzləşə biləcək dənizə çıxışı olmayan Aİ ölkələrinə məhdud istisna və çeviklik imkanı veriləcək. Qanun layihəsi Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

2021-ci ildə Aİ istifadə etdiyi qazın 45 faizini Rusiyadan idxal edirdi, lakin bu göstərici 2024-cü ilə qədər 19 faizə qədər azalıb. Bununla belə, bir sıra Aİ ölkələri hələ də Rusiyadan boru kəməri və LNG qazı almaqda davam edir.

Rusiya enerji nəhəngi “Qazprom”un prezidenti Aleksey Miller Avropa enerji bazarının mürəkkəb mərhələdən keçdiyini bildirib.

Miller qeyd edib ki, Rusiya bu il “Sibirin Gücü-1” boru kəməri vasitəsilə Çinə 38 milyard kubmetrdən çox qaz nəql edəcək.

Miller əlavə edib ki, soyuq hava şəraiti halında Avropa qaz bazarında yenidən qiymət dalğalanmaları və təchizat problemləri qaçılmaz olacaq.

Məqalədə: #Rusiya #Moskva #Avropa İttifaqı (Aİ) #Avropa Parlamenti #Çin #Qazprom #LNG #qaz idxalı #Rusiyadan qaz idxalı #Aİ ölkələri #LNG idxalı

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.