9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

Oktyabrın 22-də insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri çərçivəsində turizm sənayesi nümayəndələri üçün təlim təşkil olunub. Təlim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova və koalisiyanın üzvü olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təlimçisi Günel Ələkbərova tərəfindən keçirilib.

22 Oktyabr 2025 19:57
Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Oktyabrın 22-də insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri çərçivəsində turizm sənayesi nümayəndələri üçün təlim təşkil olunub.

AzerVoice xəbər verir ki, təlim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova və koalisiyanın üzvü olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təlimçisi Günel Ələkbərova tərəfindən keçirilib.

Təlim turizm sahəsində insan alveri üzrə risklər barədə məlumatlılığı artırmaq, turizm sənayesini baş verə biləcək mümkün hallarda qabaqlayıcı tədbirlər və düzgün davranış mexanizmləri üzrə maarifləndirmək məqsədilə təşkil edilib.

Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti, qanunvericilikdə nəzərdə tutulan istismar növləri, insan alverində qurbanların müəyyən edilməsi istiqamətində əsas hərəkətlər, vasitələr və məqsədlər barədə ətraflı məlumat verilib.

Həmçinin insan alveri qurbanlarının fiziki, sosial və davranış göstəriciləri, cinsi istismar, uşaq alveri və istismarı kimi mövzular müzakirə olunub.

Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib
Məqalədə: #Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi #Daxili İşlər Nazirliyi #İnsan Alverinə Qarşı Mübarizə Baş İdarə #Araz Babayev #İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyası #Mehriban Zeynalova #Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi #Günel Ələkbərova

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.